Bakıda yeraltı keçidi bağlatdırıb üstündə bina tikirlər


Bakıda yeraltı keçidi bağlatdırıb üstündə bina tikirlər

Font ölçüsü

Bakıda-Yasamal rayonu; Füzuli küçəsi 248-ci məhəllədə Qış bulvarındakı yeraltı piyada keçidinin çıxışı üzərində 5 mərtəbəli bina tikilir. 

“Qafqazinfo” xəbər verir ki, piyada keçidindən istifadə edə bilməyən vətəndaşların  aktual.az-a etdiyi şikayətlə bağlı, saytın əməkdaşı ərazidə çəkiliş aparıb. Məlum olub ki, tikinti “Qutan” MMC-nin sifarişi ilə “Alpina-A” MMC tərəfindən həyata keçirilir. 

Vətəndaşların sözlərinə görə, tikinti başlayandan yeraltı piyada keçidinin çıxışı bağlanıb. Bununla da, insanlar hər gün bu yoldan keçərkən, həyatlarını təhlükəyə atmalı olurlar. 

Sakinlərin bildirir ki, müasir standartlara uyğun olan piyada keçidi təzə inşa edilibmişdi, onun tikintisinə ciddi xərc qoyulmuşdu. 

Yasamal rayon İcra Hakimiyyətindən aktual.az-a, məsələ ilə bağlı, Bakı Şəhər İcra hakimiyəti ilə əlaqə saxlamağı tövsiyə ediblər. 

Bakı şəhər İcra Hakmiyətinin Tikintiyə Nəzarət şöbəsindən Azər Əhmədov tikinti şirkəti haqqında məlumatları qeyd edərək, məsələnin araşdırılacağını deyib:

“Yasamal rayonu üzrə kuratorları bu barədə məlumatlandıracam. Araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcək”. 

Qeyd edək ki, “Yeni Müsavat”-ın  8 Fevral 2012-ci il tarixli sayında “Alpina-A” şirkətinin gerçək sahibinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı olduğu bildirilir.82919

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.