Türkiyə - Ermənistan sərhədləri açıla bilər


Türkiyə - Ermənistan sərhədləri açıla bilər

Font ölçüsü

erdo.jpg

“İki rəhbər arasında ünsiyyətin fasiləsizliyi gözə çarpan və ciddi nəticədir. Prezidentlərin müxtəlif problemləri müzakirə etmələri müsbət siqnaldır”.

 

Modern.az saytının məlumatına görə bunu 1in.am saytına müsahibəsində 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri işləmiş, ABŞ Sülh İnstitutunun müsəlman dünyası üzrə xüsusi təşəbbüslər bölməsinin direktoru Riçard Kozlariç deyib. O, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü şərh edərkən qeyd edib ki, hər iki tərəfin başqa problemlərin müzakirəsini davam etdirməsi əhəmiyyətlidir.

Keçmiş səfirin sözlərinə Qarabağ probleminin nizamlanması ilə bağlı təklif olunan böyük sülh sazişi ideyası hələ ki, tamamlanmayıb.

Sabiq diplomat Qarabağ münaqişəsi fonunda Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması məsələsinə toxunarkən bunun açarının Azərbaycanın əlində olduğunu söyləyib.

"Azərbaycanın əlamətləri onu göstərir ki, erməni-türk müasibətlərinin nizama salınması ilə razı deyil. Bir sözlə, erməni-türk əlaqələrinin tənzimlənməsi Azərbaycanın əlindədir. Amma hesab edirəm ki, bu, yanlışdır. Düşünürəm ki, Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin müəyyən mərhələsində sərhədlər açılacaq, “Azadlığı müdafiə aktına” 907-ci düzəliş aradan qaldırılacaq. Bu, hər iki tərəf üçün yaxşı olacaq”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərləri Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə oktyabrın 27-də bir Parisdə bir araya gəlmişdilər.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.