Leyla Əliyeva - Bir də sənin xətrinə dəymərəm...


Leyla Əliyeva - Bir də sənin xətrinə dəymərəm...

Font ölçüsü

leyla.jpg

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Bir də sənin xətrinə dəymərəm...” adlı şeiri oxucuların ixtiyarına veririk.

 

(Я не буду тебя больше обижать...)

Vaxt görən hara uçdu...
Amma yaman tez uçdu.
Qar yağdı, boran gəldi –
qapıda yenə qışdı...
Ruhum sıxıldı yaman,
qəlbimə çökdü duman.
Yaydan güc alan ruhum,
qışa düşdü... üşüdü...

Bağdakı qönçələr də,
büzüşdülər - açmırlar;
Xəzərin qumsalları,
bərq vurub sayrışmırlar.
O kəslər ki, tənhadır,
Elə tək də qalacaq -
Şaxta sinələrini,
Qəm-qüssəylə yaxacaq...

Qəlbim, niyə donmusan?..
axı ürəyi saran
buzu necə isidim? –
Söylə, necə əridim?
Deyəsən sən özün də
heç bunu istəmirsən.
Buza dönmüş ruhuna,
qışı doğma bilirsən...

Ax... Bu zaman, görəsən,
hara belə tez uçdu?
Haray çəkdim bir “Dayan!”..
Əqrəb altını vurdu...
Yol zülmətə büründü...
Günəşdən nur istədim,
batdı...
pərtliyim güldü...
Əlim çatsaydı Günə,
gizlədərdim ovcumda –
Heç vaxt şər qarışmazdı;
Həmişə gözlərimdə
göz yaşı, qüssə görən
Gecə qonaq gəlməzdi...

Gəl, sən məni bağışla,
Ürəyim, bircəciyim.
Bir də sənin xətrinə
dəymərəm, söz veririm..!
Lap dünya dağılsa da,
Səndən uzaq düşmərəm...
Fəqət, bilməm nə edim,
Nə qədər çalışsam da
Səni anlamıram mən...
Səni anlamıram mən...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.