Gələn il Azərbaycan-Rumıniya hökumətlərarası komissiyası toplanır


Gələn il Azərbaycan-Rumıniya hökumətlərarası komissiyası toplanır

Font ölçüsü

rum.jpg

Bu gün Bakıda Rumıniyanın müstəqillik günü ilə bağlı qəbul keçirilib. Dosye.org APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku Azərbaycanın ölkəsinin regionda yeganə strateji tərəfdaşı olduğunu bildirib.

Səfir bildirib ki, bu gün Rumıniya ilə Azərbaycan güclü dostluq əlaqələri ilə bir-birinə bağlıdır: "Azərbaycan Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşımız, enerji və nəqliyyat sahəsində regionda ən böyük tərəfdaşımızdır. Biz mükəmməl siyasi dialoq, artan iqtisadi əməkdaşlıq və insanlararası əlaqələrdən məmnunuq".

Xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, 25 il ərzində Azərbaycan-Rumıniya münasibətləri hərtərəfli inkişaf edib: "Münasibətimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Əməkdaşlığımız bütün sahələrdə inkişaf edir və biz bu əlaqələrin səviyyəsindən məmnunuq. İki ölkə arasında iqtisadi komissiya fəaliyyət göstərir və bu komissiya iqtisadi əlaqələrin inkişafına təkan verir. 2018-ci ildə hökumətlərarası komissiyanın 5-ci iclası olacaq. Bu da iqtisadi sahədə əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Rumıniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair ölkəmizin mövqeyini ədalətli şəkildə dəstəkləyir. Enerji sahəsində də əlaqələrimiz genişlənir".

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın iclası 2018-ci ilin yanvarında keçiriləcək.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.