1-ci qurup əlil Mehriban Əliyevaya MÜRACİƏT ETDİ


1-ci qurup əlil Mehriban Əliyevaya MÜRACİƏT ETDİ

Font ölçüsü

mexo.jpg

Dosye.org saytın elektron ünvanına Bakı şəhər Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakini 1-ci qrup əlil Şükürova Minarə Həsrət qızı tərəfindən şikayət məktubu ünvanlanıb. Vətəndaş redaksiyamızın vasitəsi ilə Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət edir. 

Mən üzləşdiyim qanunsuzluğa görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm.

Hörmətli Mehriban xanım,

1995-ci ildə "Gülbaxt" tikinti materialları kombinatına ekonomist kimi işə qəbul olunmuşam (əmr №21/k 01.07.1995) . 01 mart 1996-cı ildə ( №02/k ) köçürmə yoluyla həmin kombinatda baş mühasib işləməyə başlamışam ( №02/k 01.03.1996). 06 yanvar 2016-cı ildə isə səhətimdə olan problemlərlə əlaqədar öz xahişimlə işdən azad olunmuşam (əmr № 03 06.01.2016). ) 2001- ilə kimi məzuniyyətlərimdən istifadə etmişəm. Belə ki,01.07.2003-cü ildə 1996- 1997 , 02.08.2004-cü ildə 1998-1999, 01.08.2016-cı ildə isə 2000-2001-ci illərin məzuniyyətindən istifadə etmişəm. 2001-ci ildən 2016-cı ilə kimi işlədiyim müddətdə məzuniyyətlərimdən istifadə etməmişəm. İşdən çıxdığım vaxtdan yəni 06 yanvar 2016-cı ildən bu günə kimi dəfələrlə istifadə etmədiyim məzuniyyət pulumu tələb etsəmdə kombinatın rəhbərliyi tərəfindən məni hər dəfə bir bəhanə ilə yola salırdılar. Sonuncu dəfədə kombinatda olanda rəhbərlik mənə bildirdi ki, işlədiyin müddətdə vaxtında məzuniyyətə çıxardın. Bizim indi sənə veriləsi pulumuz yoxdur. Qeyd edim ki, işlədiyim illərdə məzuniyyətə çıxmaq istəyəndə kombinatın rəhbərliyi məni əvəz edənin olmamasını əsas gətirərək mənə məzuniyyətdən istifadə etməyimə icazə verməyiblər. Mən mühasib işlədiyim üçün hansı illərdə məzuniyyətdən istifadə etməmişəmsə dəqiqliklə bilirəm.

Hörmətli Mehriban xanım ,

İkinci qrup əlil oğlumun 3 nəfərdən ibarət olan ailəsidə mənim himayəmdədir. Özümdə birinci qrup əliləm. Daima müalicəyə ehtiyacım var. Sizdən xahiş edirəm yuxarıda göstərdiklərimi nəzərə alasınız "Gülbaxt" tikinti materilalları kombinatında işlədiyim müddətdə istifadə etmədiyim illərin məzuniyyət pulunun alınmasında mənə köməklik edəsiniz. Siz həmişə əlillərə və qadınlara xüsusi diqqət və qayğı göstərmisiniz. Mən Sizə səmimi qəlbdən inanıram.    

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.