Kollec direktorunun qumarbaz oğlu


Kollec direktorunun qumarbaz oğlu

Font ölçüsü

kollec.jpg

Keçən il Azərbaycan Monteneqro iqtisadiyyatına 45 milyon avro məbləğində yatırım edib. Bu barədə Cənub-Şərqi Avropa ölkəsinin Mərkəzi Banının açıqladığı statiskadan məlum olub ki, Azərbaycan bu göstəriciyə görə 74 ölkə(380 mln avro) arasında üçüncü yerdə qərarlaşıb. Azərbaycanı yalnız BƏƏ (87 mln avro) və Rusiya (50 mln avro) qabaqlayıb.

Xatırlayırsınızsa (25 noyabr 2017-ci il tarixli “Dərkənar” qəzeti-red.) “Xanım direktorun havadarı məlum oldu” sərlövhəli məqalədə vəd etmişdik ki, nəşrin növbəti sayında Eldar Mahmudovun MTN rəhbəri işlədiyi 2004-2015-ci illər ərzində akademik Ziyad Səmədzadə ilə ailəvi dost olan, qızı Aytən Səmədzadə ilə yaxın rəfiqə və iş yoldaşı olmuş 2 saylı Bakı Baza tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevanın özünün və yaxınlarının karyerasında baş vermiş irəlləyişlərdən söz açacağıq.

Yada salaq ki, həmin məqalədə AMEA-nın İqtisadiyyat İnstitunun direktoru olmuş Şahbaz Muradovun 50 ildən çox müddətdə yaxın dostluq etdiyi Ziyad Səmədzadə barədə Azərbaycan prezident Administrasiyasının rəhbər Ramiz Mehdiyevə ünvanladığı müraciətnamədən də bəzi sitatların altı çızılmışdır: “Ak Z. Səmədzadə mənim institun direktor vəzifəsindən çıxmağımdan və yerimə i.e.d. İsa Alıyevi seçdirilməsində ak. Əhməd Mahmudovun oğlu Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun adından da çox məharətlə istifadə etmişdir. Ak. Z. Səmədzadə əvvəlcədən 2008-ci ilin may ayında general–leytenant Eldar Mahmudovun xoşuna gəlmək məqsədilə əksəriyyəti özünün yaxı ətrafından,keçmiş aspirantlarından, öz övladlarından və yaxın qohumlarından ibarət olan və nə ak. Ə. Mahmudovun özü, nə onun yaradıcılığı və nə də elmi əsərləri ilə heç bir əlaqəsi və tanışlığı olmayan, bu günə kimi ak. Ə. Mahmudovun birinci kitabını belə oxumayan, onun əsərlərinin üzünü belə görməyən adamlardan ibarət bir elmi redaksiya heyəti yaradıb özünün baş redaktoruluğu ilə ak. Ə. Mahmudovun güya əsərlərinin məcmusundan ibarət “Azərbaycan iqtisadiyyatının aktual problemləri” adlı 912 səhfəlik bir kitab nəşr etdirmiş, öz övladlarını həmin kitabın redaksiya heyətinə, hətta, iqtisadçı yox, tibb bacısı olan qızı Aytən Səmədzadəni bu kitabın redaktoru və onun buraxılışına məsul şəxs təyin etmişdir.”

Beləliklə, 2007-ci ildə direktor vəzifəsinə irəli çəkilən D. Məmmədəliyevanın oğlu Nəsrulla Namik oğlu Babayev məhz həmin dövrdə Kiprdə qurulan “ Vanmec Limitet” şirkətini təsis edib. Qumar həvəskarı olduğu bildirilən Nəsrulla Babayev həmin zaman intervalında Monteneqroda Azərbaycan kapitalından faydalanan “Universal Capital Bank AD Podgorica” bankının müşahidə Şurasına üzv olmuşdur.

Əlbəttə, əl gətirirsə, necə deyərlər, bəxti gülürsə, Nəsrulla Babayevin qumar oynaması onun üçün elə də böyük qəbahət sayılmaya bilər.Dünya şöhrətli alim Lütfi Zadənin oğlu Norman Zadə də qumarbazdır. O, hətta “Uduşlu poker sistemləri” adlı kitabda yazıb. “Unibank” prezidenti Eldar Qəribovun oğlu İlkin Qəribli də Baham adalarında keçirilən “Poker Stars Caribbean Adventure” (Poker ul-duzlarının Karib macəraları” yarışında qalib gələrək 1, 1 milyon dollar udmuşdur. Lakin adamın inanmağı gəlmir ki, müəllim, tədris-tərbiyə işləri üzrə direktor vəzifələrdə çalışmış D. Məmmədəliyeva yeganə övladı olan oğluna qumar oynamağın bəyənilən hərəkət sayılmadığı barədə tərbiyə verməmiş olsun.(İsmipünhan)

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.