Oqtay Şirəliyev Şirvanda şikayətçiləri qovdu


Oqtay Şirəliyev Şirvanda şikayətçiləri qovdu

Font ölçüsü
2128Səhiyyə naziri Oktay Şirəliyev bu gün Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Kürdəmir rayonundan olan sakinləri qəbul edəcəkdi. Əvvəldən əhaliyə məlumat verilsədə saat 11:00 da nazir Oktay Şirəliyev Şirvan Müalicə Diaqnostika mərkəzinə gəlib və 15 dəqiqə 3-4 vətəndaşı qəbul edib və çıxıb gedib. Redaksiyamıza zəng vurub şikayət edən sakinlər bildirdilər ki, Oktay Şirəliyev görüntü xatirinə gəlib ki, AZTV-də prezident görsün ki,  gəlib vətəndaşları qəbul edib. 100 yaxın vətəndaş qəbul olunmayıb və hamı narazı şəkildə yolu bağlamağa cəhd ediblər. Vətəndaşların qəzəbini görən Oktay Şirəliyev ərazidən uzaqlaşıb. Vətəndaşlar ölkə prezidentinə müraciət edərək Oktay Şirəliyevin hamını aldatdığını bildirərək onun bir daha qəbula gəlməsinə etiraz edirlər. Bu cür soyoq havada vətəndaşların hissiyatıyla oynayan nazir barəsində ölçü götürülməsini tələb edirlər.
İstiqlal.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.