Tanınmış tərcüməçidən Mehriban Əliyevaya dəhşət saçan müraciət: “Övladlarımdan utanıram...”


Tanınmış tərcüməçidən Mehriban Əliyevaya dəhşət saçan müraciət: “Övladlarımdan utanıram...”

Font ölçüsü

xonim.jpg

"Ömrümün yarıdan çoxunu tərcüməyə həsr etmişəm. Amma mən özgələrin pulu hesabına alınmış   çarpayıda yatır, özgələrin paltar şkafına paltar yığıram”

Son illər tərcümə sahəsində tanınan ismlərdən birinə çevrilmiş Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı) Birinci vitse-prezident Mehriban   xanım Əliyevaya və Prezidentin köməkçisi Əli Həsənova açıq məktub yazıb. Tərcüməçi çəkdiyi əziyyətlərə rəğmən qiymtləndirilməməkdən gileylənir, öz acınacaqlı həyatından bəhs edir. BakuPost oxuduqca adamı dəhşət bürüyən müraciəti təqdim edir:

Mən 1984-cü ildə hazırkı Dillər universitetinin ingilis –dili fakültəsini əla qiymətlərlə bitirmişəm. Hələ tələbə vaxtlarımdan bədii tərcümə ilə məşğul olmuşam. Tələbə vaxtı tərcümə etdiyim bir hekayəni rəhmətlik İsmixan Rəhimov məndən xəbərsiz " Dünya” tərcümə almanaxında çap etdirmişdi.

Orta məktəbdə oxuduğum vaxtlardan yaradıcılıqla məşğulam. 3 şeir kitabım, bir esselər kitabım çap olunub. Respublikanın müxtəlif qəzet və jurnallarında şeirlərim, tərcümələrim, məqalələrim çap olunub.

20 ilə yaxındır ki, sırf tərcümə ilə məşğulam. Tərcümə etdiyim əsərlərin siyahısını məktubuma əlavə edəcəm. Tərcümə etdiyim neçə kitabların adını unutduğum üçün siyahıya yazmamışam.” Kaspi” qəzetində çap olunan tərcümə hekayələri kitab halında çap etdirsəm 10 kitab edər.

Müxtəlif xarici dillərdən Azərbaycan dilinə bədii tərcümələr edən tərcüməçilər çoxdur, ancaq ana dilimizdən xarici dillərə tərcümə edə bilən tərcüməçiləri barmaqla saymaq olar. Mən həm ingilis dilindən Azərbaycan dilinə, həm də Azərbaycan dilindən ingilis dilinə tərcümə edirəm. İngilis dilinə tərcümə etdiyim kitablar Amerikada, Londonda, Hindistanda, İsveçdə, eləcə də, dünyanın müxtəlif ölkələrində işıq üzü görüb.

Tərcümədən qazandığım qonorara bəlkə də iki ev almaq mümkün olardı. Ancaq mən qonorarımın 80 faizini kirayə pulu vermişəm.

Həyat yoldaşım 2003-cü ildə dünyasını dəyişib. İki qızımı təkbaşına saxlayıb böyütmüşəm, oxutmuşam. Yəqin ki, kirayədə yaşayanlar, övladlarını təkbaşına böyüdən analar məni daha yaxşı başa düşər.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Hazırda daimi iş yerim yoxdur. Nazirlər kabineti yanında tərcümə mərkəzi açılanda ümid etdim ki, orda mənə də iş verilər. Çox təəssüf ki, həmin mərkəzə işçilər müsabiqə yolu ilə seçilmədi. Mərkəzin rəhbəri şəxsən tanıdıqlarını işə götürdü. Dəfələrlə müraciət etsəm də Afaq Məsudun qəbuluna düşə bilməmişəm.

AYB-da da bədii tərcümə mərkəzi var. Orda da mənə iş verilmədi. Tərcümə sahəsində qazandığım uğurlara baxmayaraq heç bir mükafat almamışam.   2-3 kitab tərcümə edənlərə Azərbaycan ədəbiyyatını təbliğ etdiyi üçün mükafatlar təqdim edilir, mən isə Azərbaycan dilindən ingilis dilinə ən azı 50 kitab tərcümə etmişəm. Ancaq bu zəhmətim heç vaxt qiymətləndiriliməyib. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan dilindən ingilis dilinə məndən çox kitab tərcümə edən yoxdur.

Mən nəşriyyatlarla işləyirəm. Bir gün nəşriyyat tərcümə üçün kitab verməsə mən kirayə haqqını ödəyə bilmərəm, bir sözlə, tərcümə etməmək mənim üçün həyatın donması deməkdir. İllərdir mən istirahətsiz işləyirəm. Bəzən günlərlə evdən bayıra çıxmıram, saatlarla kompüter qarşısında otururam, yüksək təzyiqim olanda da işləməyə məcburam. Tərcümə prosesinin nə qədər çətin olduğunu deməyə ehtiyac yoxdur. Əgər yazıçı, şair öz duyğularını, müşahidələrini qələmə alırsa, mən tamam fərqli millətə, təfəkkürə malik yazıçıların əsərlərini tərcümə edirəm. Eləcə də, müxtəlif düşüncəyə, təfəkkürə malik Azərbaycan yazıçılarının, şairlərinin şeirlərini tərcümə edirəm. Çox təəssüf ki, tərcüməçi əməyinə dövlət səviyyəsində də düzgün qiymət verilmir. Şairlərə, yazıçılara ömürlük təqaüdlər verilir, dövlət onlara ev bağışlayır, amma tərcüməçilər unudulur. AYB-nin təqdim etdiyi 4 nəfərə dövlət başçısı bu yaxınlarda ev bağışladı. Görəsən, ədəbiyyata həmin şəxslərin töhfəsi çoxdur, yoxsa mənim? Mədəniyyət sahəsində, ədəbiyyat sahəsində uzun illər xidməti olanlara fəxri adlar verilir, niyə "əməkdar tərcüməçi” fəxri adı yoxdur? Axı tərcüməçi gözlərinin nurunu verir tərcümə etdiyi əsərlərə.

Yuxarıda da qeyd etdim, tərcümədən aldığım qonorara ən azı iki ev almaq mümkün olardı. Mən isə bütün qazancımı kirayə haqqı vermişəm. Kreditlə ev almaq istəsəm də, mümkün deyil. Çünki ilkin ödəniş etməyə gücüm çatmır.

Mənim yaşım az deyil. 57 yaşım var. Artıq əvvəlki sürətlə işləyə bilmirəm. Sağlamlığımda problem var. Amma istirahətsiz işləyirəm. Məcburam. Mən də insanam, istirahət etməyə haqqım var.

Bu qədər əziyyət çəksəm də, hələ normal kompüterim, adi ev əşyalarım yoxdur. Özümə məxsus əşyalar kirayə evlərə köçəndə sındı, xarab oldu. Ömrümün yarıdan çoxunu tərcüməyə həsr etmişəm. Amma mən özgələrin pulu hesabına alınmış   çarpayıda yatır, özgələrin paltar şkafına paltar yığıram. Niyə mənim öz evim olmasın? Niyə qazandığım qonorarla ev əşyaları almayım?

Heç vaxt xarici ölkədə yaşaya bilmərəm. Heç vaxt bunu arzu etməmişəm də.

Mən vətəndaşı olduğum ölkənin prezidentindən əməyimə qiymət verilməsini istəyirəm. Övladlarımın gözlərinə baxmağa utanıram. Kiçik qızımın 25 yaşı var. Ömrünün 20 ilini kirayədə keçirib. Anadangəlmə gözündə qüsur var, 3-cü qrup əlildir. Onun pensiyası ilə kommunal xərcləri ödəyirəm, ona təzə bir paltar alıb sevindirə bilmirəm. Ana üçün bundan ağır dərd ola bilərmi? Bundan sonra 10 evim olsa da kirayədə qaldığım bir günün acısını mənə, qızlarıma unutdura bilməz.

Çox xahiş edirəm, mənim məktubumu ölkə prezidentinə çatdırasınız. İnanıram və ümid edirəm ki, prezident çəkdiyim əziyyəti, kirayədə yaşamağımı, uzun illər təkbaşına iki qız övladı böyütməyimi nəzərə alıb məni kirayə yaşamağın çətinliyindən xilas edəcək.

Tərcümə etdiyim kitablar:

"Qanun”nəşriyyatı:

1. Jojo Moyes- Bir üstəgəl bir

2. Jojo Moyes- Səndən sonra

3. Jojo Moyes- Geridə qoyub gəldiyin qız

4. Oşo- Qızıl külçələr

5. Oşo- Emosiyalar

6. Robin Şarma- Ferrarisini satan rahib

7. Rohald Dahl- Matilda

8. Rohald Dahl – Ceyms və nəhəng şaftalı

9. Rohald Dahl- Böyük sevimli nəhəng

10. Rohald Dahl – Çarli və şokolad fabriki

10. Lao Ma ( çinli müəllif) - hekayələr

11. Dan Braun- Da Vinçi kodu

12. Alis Manro- "Əziz həyat” hekayələr kitabı

13. Rey Bredberi- Zəncirotu şərabı

14. Frances Hodgson Burnetti- Balaca prinses

15. Meier ( çinli şairə) - Şeirlər

16. Harper Lee- Bülbülü öldürmək

17. Harper Lee- Get, gözətçi təyin et

18. Kurt Vonnequtun hekayələri

TEAS-PRESS nəşriyyatı:

1. Rafaello Barker- Yay mövsümü

2. Sarah Dessen- Müqəddəs hər şey

3. Ketrin Baybi- Çərşənbə gününədək arvad

4. Ketrin Baybi Çərşənbə axşamınadək qız tapıldı

5. Ketrin Baybi- Bazar ertəsinək evlənməli

6. Ketrin Baybi Cümə axşamınadək aşıq oldu

7. Ketrin Baybi Cümə gününədək subay

8. Ketrin Baybi- Cümə gününədək nişanlanmalı

9. Holli Şindler- Elə tünd göy ki...

10.. Lüi.De Berniers- Kapitan Korellinin mandolinası

11. Giuseppe Catozzella- Balaca çempion

12. Amor Tovles – Centlemen Moskvada

13. Luis Kerrol- Alisa möcüzələr diyarında

14. Ali Smith- Təsadüfi

Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyim əsərlərin siyahısı:

1.Hikmət Babaoğlu –"Akdamardan Sarı gəlinədək erməni yalanı”

2.Qəşəm Nəcəfzadə– " The evening stories”

3.Ülvi Bünyadzadə– " Ömür yolu”

4.Yunuz Oğuz –"Nadir şah”

5. Amerikada Azərbaycan qadın yazarların hekayələrindən ibarət antalogiya- 11 tərcümə

6.Amerikada Azərbaycan yazıçılarının hekayələrindən ibarət antalogiya – 10 hekayə

7. Ceyhun Musaoğlunun layihəsi ilə Azərbaycan yazıçılarının hekayələri ingilis dilində

8.Rafiq Tağı- hekayələr kitabı

9."Erməni əsirliyində” -Antalogiya

10. Azərbaycan nağılları

11. Firuz Mustafa– " Köç " povesti

12. Elçin İsgəndərzadə –" Avtoportret”

13. Vahid Məmmədli –" Buddanın qayıdışı” –povest

14. Eyvaz Zeynalov –Hekayələr, povest və uşaq hekayələri

15. Elçin Hüseynbəyli – İki hekayə

16. XXİ -əsr Azərbaycan ziyalıları

17. Giya Paçxataşvili –" Oğul ata itirdi” Poema

18. Mirkazım Seyidov– " Erməni vandalizmi”

19. Mirkazım Seyidov– " Zamanın nəbzi”

20. Mirkazım Seyidov– "Qaranlığa nur saçan zəka”-

21. Mirkazım Seyidov –"Ömrümü xalqıma bağışlayıram”

22. Salam Sarvan- Şeirlər

23. Varis- Üç roman

24. Eluca Atalı– esselər

25. Eluca Atalı- hekayələr

26. Afaq Şıxlı- şeirlər və hekaylər

27. Nilufər Şıxlı- şeirlər

28. Şahnaz Kamal– Hekayələr

29. Salatın Əhmədli – İki kitab

30. Zahid Xəlil– uşaq hekayələri

31. Gülxani Pənah- Xocalıya aid kitab

32. Azadə Taleh- Şeirlər

33. Əlabbas- hekayələr

34. Əlisa Nicat- hekayələr

35. Məmməd Əmin Rəsulzadə " Əsrimizin Siyavuşu”

36. Nüşabə Məmmədli – Pyeslər

37. Ramiz Duyğun- iki poema

38. Dilsuz Musayev- şeirlər kitabı

39.Səyyad Aran- hekayələr toplusu

40. Təranə Turan Rəhimli ( şeirlər)

(Hamlet İsaxanlı, Rəşad Məcid, Paşa Qəlbinir, Səlim Babullaoğlu, Xəyal Rza, Elxan Zal, Ədalət Əsgəroğlu, Qismət, Fərid Hüseyn, Fərqanə Mehdiyeva, Faiq Balabəyli, Ramil Mərzili və başqalarının şeirləri)

Son 3 il ərzində tərcümə etdiyim hekayələr ( "Kaspi” qəzetində çap olunub)

1. Hans Christian Anderson Ananın hekayəsi

2. Hans Christian Anderson - Şahzadə qız və noxud

3. Hans Christian Anderson- Kibritsatan balaca qız

4. Hans Christian Anderson- Mələk

5. Hans Christian Anderson-Qəbirdəki uşaq

6. Hans Christian Anderson- Donuzotaran

7. Charles Dickens – Uşağın hekayəsi

8. Charles Dickens - Uşağın ulduz yuxusu

9. James Baldwin Antonio Canova

10. James Baldwin - Həkim Qoldsmit

11. James Baldwin. - Lakonik cavab

12. James Baldwin - Sonsuz nağıl

13. James Baldwin - Maksmilian və qazotaran oğlan

14. James Baldwin - Naşükür döyüşçü

15. James Baldwin- Hökmdar və onun qırğısı

16. James Baldwin- Kor kişilər və fil

17. Dorothy Parker- Telefon zəngi

18. Edgar Allan Poe- Carçı ürək

19. Guy de Maupassant  - Kor kişi

20. Guy de Maupassant   - Dilənçi

21. Guy de Maupassant   - Etiraf

22. Guy de Maupassant   Ölü qadının sirri

23. Guy de Maupassant   - Qəbir

24. Guy de Maupassant   -Ailə

25. Guy de Maupassant   -Ana və oğul

26. Guy de Maupassant   -Dəlinin gündəliyi

27. Guy de Maupassant   -Atılmış

28. Guy de Maupassant   -Biclik

29. Guy de Maupassant   -Köhnə dost Patient

30. Guy de Maupassant   - Öpüş

31. Guy de Maupassant   -Ata

32. Guy de Maupassant   -Duel

33. Guy de Maupassant   - Dul

34. Guy de Maupassant   - Müqəddəs suçiləyən

35. Guy de Maupassant   -Cehiz

36. Guy de Maupassant   - Belflover ana

37.Henry Lawson- Müəllimin səhvi

38. Henry Lawson- Qaranlıqdakı uşaq yaxud yad ata

39. Kate Chopin - Bir saatın hekayəsi

40. Kate Chopin- Tufan

41. Kate Chopin- Peşmançılıq

42. Kate Chopin Tərbiyəli qadın

43.Kate Chopin- Bir cüt ipək corab

44. Kate Chopin- Bayou Müqəddəs Con şəhərinin ledisi

45. Kate Chopin- Kaline

46. Kate Chopin- Ölü kişinin ayaqqabıları

47. H.H. Munro ( Saki) – Laura

48. H.H. Munro ( Saki)- Luiza

49. H.H. Munro ( Saki) -Kernoqatzin canavarları

50. H.H. Munro ( Saki)- Açıq qapı

51. Mary Roberts Rinehart- İncə əl

52. Mary Roberts Rinehart-İki yataq xəstəsi

53. Mary Roberts Rinehart- Evlənmək

54. O. Henry- Qəribə hekayə

55. O. Henry- Müdrikin hekayəsi

56. O. Henry- İyirmi ildən sonra

57. O. Henry- Sosial üçbucaq

58. Stephen Crane- Tünd qəhvəyi it

59. Timothy Shay Arthur- Eminin sualı

60. Timothy Shay Arthur-Həkimlə birgə

61 .Timothy Shay Arthur-Balaca Lizzi

62 .Timothy Shay Arthur- Arvad

63. Timothy Shay Arthur-Keşikdə durmaq

64. Timothy Shay Arthur-Kölgə arxasınca

65. Timothy Shay Arthur-Çox kasıb

66.Robert Barr- Dağ başında boşanma

67. Sherwood Anderson- Qəhvəyi paltolu kişi

68. Sherwood Anderson- Müharibə

69. Sherwood Anderson- Qardaşlar

70. Sherwood Anderson- Lal kişi

71.Stephen Leacock- Küçədə kibrit çöpü istəmək

72. Stephen Leacock- Mənim maliyyə karyeram

73. Xu Yan- Yaxşı qadının yoldaşlığı

74. Algernon Blackwood- Balaca Dilənçi

75.Ambrose Bierce- Balaca səfil

76. Ambrise Bierce – Bitməmiş qaçış

77. Ambrose Bierce- Simsiz gələn xəbər

78. Ambrose Bierce- Ölüm diaqnozu

79. Ambrose Bierce-Bir bardaq şərbət

80 Ambrose Bierce-Həbs

81. Ambrose Bierce-Evə sarılmış üzüm tənəyi

82. Arnaba Saha- Qürub çağı

83. Arnaba Saha- Seçim

84. Benjamin Franklin- Fit

85. D.H. Lawrence- Xəstəşaxtaçı

86.. Elia A. Peattie- Yağış uşaq

87 . Elia A. Peattie- Qonşu evdəki piano

88. Philip. K. Dick- Qapı arxasında

89 . Giovanni Boccaccio – Federiqonun şahini

90. Herbert George Wells- Gözəl kostyum

91. Henry Van Dyke-Bir ovic gil

92. Henry Van Dyke-Kol dibindəki dilənçilər

93. Henry Van Dyke-Şahın cəvahiratı

94. Lucy Maud Montgomery- Tamamlanmış hekayə

95. Lucy Maud Montgomery- Qızıl toy

96. Lucy Maud Montgomery-Jasmin

97. Mark Twain – Təmsil

98. Julius   W. Long- Solğun rəngli kişi

99. Katherine Mansfield- Ma Parkerin həyatı

100 . Katherine Mansfield-Xiyar şorabası

101 L. Frank Baum- Sehirli nabatlar

102 L. Frank Baum-Balaca mavi oğlanın nağılı

103 L. Frank Baum- Şən dəyirmançı

104. Lafcadio Hearn – Ölüb gedən sir

105 . Laura E. Richards – Yaşıl atlas don

106. Laura E. Richards- Qızıl pəncərələr

107 . Louisa May Alcott- Donuz qız

108. Louisa May Alcott-Uşağın tərcümeyi halı

109 Louisa May Alcott- Əmim oğlu Tribulationun hekayəsi

110 Matsuo Basho- Qoca ananın hekayəsi

111 . Ralph Henry Barbour- Ölüm yatağında etiraf

112. Ralph Henry Barbour-Əmiqızı

113. .W.F.Harvey- Bataqlıqdan keçəndə

114. W. W.Jacobs- Üç bacı

115 . Chen Yonglin- Güzgü

116 . Cui Li- Keçmişdə pərt olduğum anlar

117. Paulo Coelho- Hamıdan güclü

118. Paulo Coelho- İki damcı yağ

119. Paulo Coelho- İbrətamiz hekayələr

120. Paulo Coelho- Əsl qorxunu kəşf etmək

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.