Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Peyntbol” üzrə rayon turnirinin açılış mərasimi keçirilib


Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Peyntbol” üzrə rayon turnirinin açılış mərasimi keçirilib

Font ölçüsü

qeyder1.jpg

10 dekabr 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatları arasında Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Peyntbol” üzrə rayon turnirinin açılış mərasimi keçirilib.

Tədbirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək və onların vətənpərvərlik ruhda böyüməsinə şərait yaratmaqdır. Tədbirdə 12 komanda iştirak etmişdir: Azərbaycan Turizm İnstitutunun, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “ADA” Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Kompüter Kollecin, Bakı Sosial Pedaqoji Kollecin və orta ümumtəhsil məktəblilərinin gənc idman müəllimlərindən ibarət “Gənc idmançılar” komandaları.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirakçıları salamladı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb tədbiri açıq elan etdi.
Sonra Azərbaycan Respublikasının himni səsləndi.
Açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Sonda çıxış edən ”peyntbol” fəaliyyəti ilə məşğul olan fiziki şəxs Vasiliy Steşin çıxış edərək gənclərə yarış haqqında geniş məlumat vermiş bütün iştirakçılara uğurlar arzulayıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.