Prezident FHN əməkdaşlarını təltif etdi


Prezident FHN əməkdaşlarını təltif etdi

Font ölçüsü

emr.jpg

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının ali hərbi rütbə, yüksək fəxri adlar, orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.

Modern.az saytının məlumatına görə sərəncamlara əsasən, bir nəfər general-mayor ali hərbi rütbəsi, iki nəfər “Əməkdar mühəndis” fəxri adları ilə təltif edilib.

Dövlət başçısının digər Sərəncamı ilə dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, iki nəfər “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenləri, altı nəfər “Hərbi xidmətlərə görə”, on nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.