Neftçalada 2,5 milyon manatlıq su borusu «yoxa çıxıb»-FOTOLAR


Neftçalada 2,5 milyon manatlıq su borusu «yoxa çıxıb»-FOTOLAR

Font ölçüsü

1418714979 boru1Neftçala rayonunda çöl kəndlərinin əkin sahələrini suvarmaq üçün 2010-cu ildə çəkilmiş su borularına 2,5 milyon manat pul xərclənsə də, hələ indiyə qədər heç kim oradan bir qaşıq su belə götürə bilməyib. Bu barədə JAM.AZ-a rayonun Qaramanlı kənd sakini Xalid Fərəcov məlumat verib. 

O bildirib ki, uzunluğu 1 km olan və Su Təsərrüfatı və Melorasiya ASC tərəfindən inşa edilən həmin borunun inşası zamanı ciddi yeyintilərə yol verildiyindən bu gün də ondan istifadə etmək mümkün deyil. «Diametri 110 sm olan və uzunluğu 1 km uzunluğu olan su xətti ona görə çəkilməliydi ki, Neftçalanın əksər kəndləri illərdən bəri susuzluqdan əziyyət çəkməsinin qarşısı alınsın. Hələ tikinti gedən zaman həyacan təbili çalmışdım ki, görülən işlərin keyfiyyəti aşağı olduğundan tez bir zamanda ciddi problemlər meydana çıxacaq. 2010-cu ildə inşasına başlanılan su kəməri 2012-ci ildə başa çatdı və Neftçala Suvarma Sistemləri İdarəsinə təhvil verildi. Amma bu günə qədər həmin borunun imkanlarından istifadə edə bilmirik».

Qaramanlı kənd sakini deyir ki, Suvarma Sistemləri İdarəsinin rəhbəri Elçin Əsədov mövcud nöqsanları aradan qaldırmaq üçün bəzi işlər görməyə çalışıb. «Amma onun etdiyi cəhdlərə, yəni təmir işlərinə baxmayaraq, problem aradan qalxmır. Məsələn, boruların oturduğu daşdan hörülmüş sütunlar dağılıb. Boruların birləşən yerləri isə ayrılaraq, su sızıntısına yol açır».

Xalid Fərəcov bildirir ki, baş verənlərin məsuliyyəti idarənin rəisi Elçin Əsədovun üzərindədir. Çünki tikinti işlərini həmin şəxin rəhbərlik etdiyi qurum həyata keçirib. «Bu günə qədər kimsə ondan soruşmayıb ki, bu qədər pulu hara və nəyə xərcləyib. Ortada isə ciddi yeyinti faktı var və 2,5 milyon manatın mənimsənildiyi açıq şəkildə görünür». 

Qeyd edək ki, Neftçala Suvarma Sistemləri İdarəsində baş verən digər maliyyə maxinasiyaları barədə də məlumatlar var. Və onlar dəqiqləşdirildikdən sonra təqdim olunacaq. 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.