Zakir Fərəcov sahibkarlardan niyə pul yığdırır?


Zakir Fərəcov sahibkarlardan niyə pul yığdırır?

Font ölçüsü

1418872795 zakaAbşeronun icra başçısı Zakir Fərəcov rayondakı bütün sahibkarlardan aylıq «haqq» tələb edir. JAM.AZ xəbər verir ki, bu iddia ilə sahibkarlar çıxış ediblər. 

Daxil olan məlumata görə, Fərəcovun onlardan pul tələb etməsini rayonda aparılan abadlıq və quruculuq işlərində maliyyə çatışmazlığı ilə izah edib. Və tələb olunub ki, ilin sonuna kimi, nəzərdə tutulan məbləğdə vəsaiti İcra Hakimiyyətindəki adamlara çatdırsınlar. 

JAM.AZ-a verilən məlumatda o da vurğulanır ki, Zakir Fərəcovun verdiyi tapşırığın icrasını iki şəxs həyata keçirir. Onlardan biri icra başçısının birinci müavini İradə Gülməmmədovadır. Digəri isə Abşeron İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Quliyevdir. 

Məlumata görə, Laçın İcra Hakimiyyətindən işdən çıxarılan İlham Quliyev prosesdə daha fəal tərəf olaraq çıxış edir. Zakir Fərəcovun qardaşı, deputat Nazim Fərəcovun yaxın dostu olan İlham Quliyev sahibkarlarla görüşərək, onlara icra başçısının mesajını çatdırır. İradə Gülməmmədova isə pul vermək istəməyən və bu işdən boyun qaçıran sahibkarlarla görüş keçirməyə görəvləndirilib. 

Maraqlıdır ki, Abşeron rayonuna hər il dövlət büdcəsindən abadlıq və quruculuq işlərinin aparılması üçün 10 milyon manatdan artıq pul ayrılır. Bu ilin rəsmi məlumatlarından da aydın şəkildə görülür ki, bu istiqamətdə nəzərdə tutulmuş maliyyə yardımları heç də azalmayıb. Belə olan təqdirdə, Zakir Fərəcovun sahibkarlardan pul tələb etməsi məsələsi olduqca qaranlıq görünür. Daha doğrusu, burada abadlıq işlərinin deyil, şəxsi marağın daha qabarıq şəkildə önə çıxdığı diqqəti çəkir. 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.