FHN-in Akademiyası tədbir keçirmişdir


FHN-in Akademiyası tədbir keçirmişdir

Font ölçüsü

fhn.jpg

30 dekabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir.

Akademiyanın rəhbər heyəti, zabit və kursantlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edərək qeyd etmişdir ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ölkəmizin dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan vermişdir.

Sonra tədbir Akademiyanın xalq çalğı alətləri ansamblı və incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam etmişdir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.