"Bu, böyük cinayətdir" - Siyavuş Novruzov


"Bu, böyük cinayətdir" - Siyavuş Novruzov

Font ölçüsü

siya12.jpg

Erməni tərəfi kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə əfv ərizəsi yazdırmaq istəyir.

Belə bir ərizənin yazılması girovlarımıza qarşı irəli sürülən ağır ittihamın qəbul edilməsi deməkdir. Erməni vəkili Erik Beqlaryan adıçəkilən məsələni gündəmə gətirməklə qondarma “Dağlıq Qarabağ Respublikası”na legitimlik donu geydirmək və xarici ictimaiyyəti həqiqətən də belə separatçı rejimin olduğuna inandırmağa çalışır.

Məsələ ilə bağlı Aktual az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov bildirib ki, separatçı rejimin başçısının adına əfv ərizəsinin yazılması məsələsi qətiyyən qəbuledilməzdir. Onun sözlərinə görə, girovlarımızın əfv ərizəsi yazmaları onların günahı öz boyunlarına götürmələri anlamına gəlir: “Bu məsələ həm insani, həm də ərazi baxımından qəbuledilməzdir. Sözügedən ərizənin yazılması törədilmiş cinayəti öz üzərinə götürmək, ata-babalarının məzarlarını ziyarət etmək üçün üz tutduqları torpaqların Azərbaycana deyil, məhz düşmən ölkəyə məxsus oldugunu sübuta yetirmək və tutduqları işdən peşmançılıq deməkdir. Dilqəm Əsgərov və Şahbaz Quliyev çox cəsarətli həmvətənlərimizdir. Erməni tərəfi girovlarımıza hər hansı işgəncələr versə belə, onlar bu əfv ərizəsini yazmayacaqlar”.

Millət vəkili adıçəkilən addımın həyata keçirilməsini şərh edərkən, ermənilərin növbəti məkrli siyasət oyununa əl atdıqlarını bildirib. O deyib ki, düşmən tərəf hər zaman hiyləgər addımlarla yadda qalır. Bu səbəbdən əfv ərizəsinin girovlara məcburi şəkildə yazdırmaqla göstərmək istəyirlər ki, D.Əsgərov və Ş.Quliyev erməni torpaqlarındadırlar: “Yəni hiylə ilə demək istəyirlər ki, belə bir torpaq mövcuddur və Ermənistan ərazisinə məxsusdur. Qondarma DQR-si başçısı zaman zaman azərbaycanlı qadınlar və uşaqlara, bir sözlə soydaşlarımıza təcavüz ediblər. Bundan böyük cinayət yoxdur. Girovlarımız belə faktları cox yaxşı bilirlər və anlayırlar ki, sözügüdən əfv ərizəsini yazmaq olmaz”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.