“Bu qəzet dayanmadan Bakıya hücum edir”


“Bu qəzet dayanmadan Bakıya hücum edir”

Font ölçüsü

ans1.jpg

“Mənim “Star” qəzetindəki yazımda əsas məqsədim “Zaman”ın Azərbaycan əleyhinə reportaj tirajlamasına diqqət yetirməkdir”.

Dosye.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı jurnalist Sevil Nuriyeva öz Feysbuk səhifəsində paylaşıb.

O, “Zaman” qəzetinin Azərbaycandan çox fayda götürdüyünü bildirib:

“Bəzi dostlar mənə Ahmet Hakanın reportajının “Hürriyet”də yayımlanmasını yazmışdılar. Bəli, doğrudur. Bunları mən də bilirəm. Ahmet Hakanın “Hürriyet” yazarı olduğunu bilməyən yoxdur. “Zaman” bu reportajı “Hürriyet”dən alıb. Bəli, doğrudur. Məsələ də budur. Elə mənim də əsas məqsədim “Zaman”ın Azərbaycan əleyhinə reportaj tirajlamasına diqqət yetirməkdir. “Zaman”ı bilərəkdən məsələyə diqqət çəkmək üçün yazmışam. Diqqət çəkdiyim məqam da “Zaman”ın dayanmadan Azərbaycana hücum etməsidir. Guya Azərbaycanda səhv tapıblar. Axı “Hürriyet”ə baxanda “Zaman” Azərbaycandan çox, həm də lap çox fayda götürüb. Məhz bunlara görə “Zaman”ı tənqid etmişəm”.

Qeyd edək ki, dünən Türkiyənin məşhur aktrisası Müjdə Ar “Hürriyet” qəzetinə müsahibəsində Azərbaycanda verilən diplomların heç bir dəyərinin olmadığını bildirmişdi. O, prezident üçün tikilən Ağ Sarayı bəyənmədiyini, prezident seçiləcəyi təqdirdə buranı çəkiliş meydançasına çevirəcəyini demişdi. Jurnalistin "bunu necə edəcəksiniz?" sualına isə o heç düşünmədən "Azərbaycandan dəyərsiz diplom almaqla", - deyə cavab vermişdi.

Xatırladaq ki, tanınmış journalist Sevil Nuriyeva məhz bununla əlaqədar bu gün “Star”qəzetində köşə yazısı ilə çıxış edib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.