Salyanda rəisin boru "biznesi"


Salyanda rəisin boru "biznesi"

Font ölçüsü

qaz.jpg

Dosye.org xəbər verir ki, Regional Qaz İstismarı İdarəsinin rəisi Xəyyam Rzayev SOCAR-da işləyən əmisi və polisdə işləyən qohumu vasitəsi ilə qaz və su borularını "bazar" qiymətinə satır. Mənbə iddia edir ki, Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Xəyyam Rzayevlə eyni zaman da boru alveri ilə məşğuldur.

Qeyd edək ki, hələ Sovet dönəmində Salyan rayonu tam qazlaşdırılmış yaşayış məntəqəsi olub. Bəzi statistik rəqəmlərdən belə başa düşülür ki, həmin dövrdə rayonda qaz kəmərlərinin ümumi uzunluğu bir neçə min kilometrə çatırmış. Hazırda isə o borulardan əsər-əlamət belə qalmayıb və bütün dəmir ləvazimatların hamısı yerdən çıxarılaraq satılıb. Verilən məlumatda vurğulanır ki, sonuncu partiya isə bir həftə bundan əvvəl diametri 100 mm olan boruların çıxarılaraq, yük maşınları ilə Bakıya göndərilib.

Mənbənin iddiasına görə, həmin boru alverinə məhz regional idarənin rəisi Xəyyam Rzayev rəhbərlik edir. Onun xüsusi dəstələri boruların yerləşdiyi ərazilərə gedir, briqadaları dəmirləri yerdən çıxarıb, sonra da maşınlara yükləyərək lazım olan ünvana göndərirlər. O da qeyd edilir ki, Rzayev bu posta təyinat almamışdan əvvəl Salyan rayon Qaz İstismarı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun fərasətli boru alverçisi olduğunu görərək, regional idarəyə rəis təyin ediblər. Rzayevin belə yüksəlişinə səbəb heç də özünün fərsaəti deyil, həm də əmisi və yaxın qohumunun ona yardımçı olmasıdır. Belə ki, SOCAR-da yüksək vəzifə tutan Ağasəf Rzayev qardaşı oğlu X.Rzayevi belə vəzifəyə təyin etməyi bacarıb. Salyanda isə gördüyü işlərə göz yuman və ona bütün dəstəyi verən isə polis orqanlarında çalışan polkovnik rütbəli zabitdir. O da iddia edilir ki, sözügedən polkovnik rütbəli polis boruların kəsilməsindən tutmuş, onun Bakıda ünvanına çatdırılmasına qədər bütün prosesi nəzarəti altında saxlayır. Məlumatlara görə, Xəyyam Rzayev Salyan Qaz İdarəsinin rəisi olan zaman rayondakı bütün qaz borularını satdırdığından, artıq orada belə bir nəsnə qalmayıb. Ona görə də, əmisi onu Regional İdarəyə rəis təyin etdirib ki, əvvəlki əməllərini daha geniş miqyasda həyata keçirsin. Məsələn, Rzayevin «boruyeyən» briqadası hal hazırda İmişli və Sabirabad rayonlarında yerdən dəmir boruları çıxararaq, satmaqla məşğuldurlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Dosye.org

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.