Rusiya XİN ermənistanda girov götürülən azərbaycanlılardan danışdı


Rusiya XİN ermənistanda girov götürülən azərbaycanlılardan danışdı

Font ölçüsü

es.jpg

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında ermənistanda girov götürülən azərbaycanlılardan danışıb.

Modern.az-ın məlumatına görə, konfransda çıxış edən Lavrov Rusiyanın həmişə öz vətəndaşları ilə maraqlandığını bildirib. “Rusiya hər zaman öz vətəndaşları ilə maraqlanır. Dilqəm Əsgərovu erməni tərəfi saxlayıb və bu Ermənistanla müzakirə ediləcək. Bu məsələ ilə bağlı danışıqlar hər zaman Rusiyanın diqqət mərkəzindədir” deyə Lavrov əlavə edib.
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.