İcra başçısına görə özünü yandırmaq istədi


İcra başçısına görə özünü yandırmaq istədi

Font ölçüsü

vil.jpg

Bu gün İmişli rayonunda ekstremal hadisə ba verib.

Musavat.com-a daxil olan məlumata görə, İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşov özünü rayin icra hakimiyyətinin akt zalında yandırmaq istəyib.

Mötəbər mənbənin sayta bildirdiyinə görə, əvvəllər sosial-təminat şöbəsində çalışan Nazim Qardaşov icra başçısı Vilyam Hacıyevin qəbuluna gəlibmiş. Növbəti dəfə xahişinə müsbət cavab almayan N.Qardaşov öz üstünə benzin tökərək alışqanı çaxmaq istəyəndə alışqan alovlanmayıb və bundan istifadə edən polislər və digər şəxslər onu zərərsizləşdirə biliblər.

Mənbə xəbər verir ki, Qardaşov benzini öz üstünə çiləyərkən yanacaqdan icra başçısının və polislərin də üstünə tökülüb.

N.Qardaşov ailəlidir, həyat yoldaşı müəllimədir, oğlu isə hərbi xidmətdədir. Polis N.Qardaşovu saxlayıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.