Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində nələr yaşanır? - YENILƏNİR


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində nələr yaşanır? - YENILƏNİR

Font ölçüsü

sem.jpg

Dosye.org-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində baş verən neqativ hallar konkret faktlarla daxil olub.

İlk öncə nəzərinizə çatdıraq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Faiq Əmirov öz şəxsi mənafeyi naminə gənclərimizi "yarasız" etməklə böyük qanun pozuntuzuna yol verib.

Etiraf edək ki, Arzu Rəhimov bu quruma rəhbər gətirilsə də qanunsuzluqlar əvvəlki miqyasda qaldı. General-leytenant ona edilən etimadı tam doğrultmayıb desək yanılmarıq. Məhz elə Faiq Əmirov kimlər belə "boşluqlardan" yaralanmağa özlərinə bir şans kimi hesab etdilər. Bu onu deməyə əsas verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində hərbi xidmətə yararlı gənclər "yarasız" kimi hərbidən azad edilir. Göründüyü kimi, Faiq Əmirov xidmətə göndərdiyi əsgərlərin bir qismi ilə bağlı hərbi hissələrdə müayinələr aparılarkən onların bəzilərinin vərəmli xəstə olması üzə çıxır. Bütün bunlar onu göstərir ki, bu gənclər, onların valideynləri Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin işçilərini "gəlib vaxtında görmədiklərindən" həmin gənclər yararsız halda olsalar belə, yararsız halda, zorla hərbi xidmətə göndərilirlər.

Etibarlı mənbəmizin verdiyi son məlumatlara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində "bazar" qanunları böyük önəm kəsb edir. Belə ki, həqiqi hərbi xidmətdən yaynmaq istəyən çağırışçı birbaşa rəisin qəbuluna düşməlidir. Və bundan sonra "danışıqlar" əsasında məsələ öz müsbət həllini tapa bilir.

Dosye.org olaraq məsələni gündəmdə saxlamaqla, qarşı tərəfin mövqeyini də dinləyə bilərik. Bizim araşdırmalarımız davam edir.

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.