Əli Əliyev eks- nazirə iradlarını bildirdi


Əli Əliyev eks- nazirə iradlarını bildirdi

Font ölçüsü

ali.jpg

Əli Əliyev: “Normal ölkələrdə belə vacib şəxslər ölkədən kənara çıxmırlar...”

“Səfər Əbiyevin kəşfiyyatlara işləmə ehtimalını müzakirə etmək istəmirəm”. Bunu Dosye.org-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Səfər Əbiyevin uzun müddət yüksək rütbəli hərbiçi olmasından dolayı, hazırda xaricdə sığınacaq almasının onun xarici kəşviyyata işləyəcəyi ilə bağlı yayılan ehtimalları dəyərləndirərkən deyib. Onun sözlərinə görə, bu cür ehtimalların yaranmasına ümumiyyətlə şərait yaradılmamalıdır: “Nəyə görə belə ehtimalın reallaşmasına şərait yaradılmalıdır? Lakin qeyd edim ki, normal ölkələrdə belə vacib şəxslər ölkədən kənara çıxmırlar, daha doğrusu buraxılmırlar. Təəssüf ki, Azərbaycan məmurları özlərini dövlət adamı kimi deyil, biznesmen sayaraq qərar verirlər. Ədalət xatirinə demək lazımdır ki, burada məmurlarla yanaşı, sistemin də, günahı vardır. Məmurların ovqatını şərtləndirən amil iqtidar elitasında hakim olan düşüncə tərzidir. Məhz bu düşüncə tərzi vacib şəxslərin dövlətin təhlükəsizliyi ehtimalını yüksəldən addımlarına şərait yaradır”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.