İtaliya yeni prezidentini seçdi


İtaliya yeni prezidentini seçdi

Font ölçüsü

ita.jpg

İtaliyanın yeni prezidenti 73 yaşlı Sercio Matarella oldu. Bu haqda Dosye.org France-Presse agentliyinə istinadən xəbər verir.

Məlumatta görə, yeni prezidenti İtaliya parlamenti, bütün əyalətlərindən olan üzvlərinin iştirakı ilə seçib. Sercio Matarella səsvermənin 4-cü turunda səs çoxluğu ilə qalib gəlib. Mənbə bildirir ki, Sercio Matarella əvvəl ölkənin Konstitusiya məhkəməsində çalışıb və Demokratiya Partiyasının prezidentliyə namizədi kimi seçkilərdə iştirak edib.

Nəzərinizə çatdıraq ki, İtaliyanın eks prezidenti 89 yaşlı Corco Napolitano yanvar ayının 14-də səhhəti ilə əlaqədar istefa vermişdi.


Xatırladaq ki, İtaliyanın Konstitusiyasına əsasən ölkə prezidentini İtalya Parlamenti seçir. Bu səsvermə İtaliyanın bütün əyalətlərindən olan üzvləri arasında gizli şəkildə aparılır. Qalib namizəd digər namizədlərlə müqayisədə səslərin 2-də 3-nü toplamalıdır. Əgər 3 turda səs vermə bir nəticə verməzsə, o zaman 4-cü turda adi səs çoxluğu ilə bu müəyyən edilir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.