Zahid Oruc: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlmiləşməsi deyil, onun regional müstəvidə həllinə çağırış etməlidir”


Zahid Oruc: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlmiləşməsi deyil, onun regional müstəvidə həllinə çağırış etməlidir”

Font ölçüsü

qo.jpg

“Avropa İttifaqının dağlıq qarabağ münaqişəsinin həllində birbaşa iştirakı yalnız dövlətlərin təmsilçiləri hesabına reallaşa bilər”.

Bunu dosye.org-a açıqlamasında millət vəkili Zahid Oruc Almaniya XİN-nin “Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinə daha səmərəli cəlb olunmalıdır” kimi fikrlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, real vəziyyət ondan ibarətdir ki, 10 illər ərzində missal üçün Fransa bu münaqişənin həllində müsbət bir mövqe tutmayıb: “ Biz isə indiki gerçəklikdə,yaranmış Rusiya-Qərb konfliktinin durumunda Avropa İttifaqının fəal bir şəkildə Dağlıq Qarabağ məsələsinin həllinə dair nəisə səy göstərərək və onu irəliyə aparacağını gözləmək düzgün olmazdı. Əlbəttə, biz çox istərdik ki, Avropa İttifaqı Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edərək, öz təsirini göstərsin. Lakin Avropa İttifaqının bir tərəf olmasını nəzərə alaraq, Almaniya, Fransa və digər dövlətlər dağlıq qarabağ məsələsinin həllinə dair məsələyə qoşularsa, ilk öncə öz addımlarını düşünməlidirlər. Misal üçün hansı addımları atacaqlar? Nə edəcəklər? Bu niyə isə ondan ibarətdir ki, onlar birmənalı olaraq, müəyyən etməlidirlər ki, onlar həqiqətəndə Azərbaycan ərazi bütövlüyünün təminatıdırlarmı? Biz ondan narahatıq ki, bu ölkəni sabah başqa bir dövlət əvəz etsin, lakin mənzərə deyişməsin. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlmiləşməsi deyil, onun regional müstəvidə həllinə çağırış etməlidir. ATƏT-in 14 üzvü var. Amma o 14 üzvü arasında eləsi var ki, heç bu regiona adiyyatı yoxdur. Misal üçün Finlandiya. Sizcə o Cənubi Qafqaz üzrə hansı hadisələrə təsir edə bilər axı? Amma Almaniya, türkiyə və digər dövlətlər Minsk Qrupunun üzvləri olsalar da, onlar arasında yalnız üç dövlət indiyə kimi həmsədrlik edir. Çünki Rusiya 1994-cü ilə qədər təkbaşına dominantlıq edib və 94-cü ildə bu prosesə ABŞ qoşuldu. Hələ o zaman Rusiyanın eks prezidenti Boris yeltsin bildirmişdi ki, ki, üçüncü bir dövlətdə həmsədrliyə qoşulmalıdır. O zaman da Fransa ortaya çıxdı. Azərbaycan dağqlı Qarabağ münaqişəsinin həllində dəyişikliləri bir şərtlə etməlidir ki, yeni qoşulacaq ölkələr Dağlıq Qarabağ münaqişəsinin həllini necə gördüklərini izah etsinlər”.

Millət vəkili eyni zamanda Qərbin birdən-birə Dağlıq Qarabağlı gündəmə gətiməsi Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymağa hesablanmayıbmı sualına da cavab verib: “Buna heç də şübhəniz olmasın. Bütün bu bəyanatların başlıca məqsədi bizi Şimal qonşumuza qarşı qoymaqdır. Bununla yanaşı bu cür yanaşmalar Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda Azərbaycanın da Rusiya əleyhinə olmasına hesablanmış bir siyasi oyundur”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.