Soros: “Rusiya artıq mafiya ölkəsinə çevrilib”


Soros: “Rusiya artıq mafiya ölkəsinə çevrilib”

Font ölçüsü

corc.jpg

“Rusiya elə bir mafiya ölkəsinə çevrilib ki, orada dövlət rəhbərləri hakimiyyətdə qalmaq üçün və varlanmaq üçün dövlətin bütün resurslarından istifadə edirlər”.

Dosye.org-un “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, bu sözləri milyarder Corc Soros Davosda keçirilən beynəlxalq iqtisadi forumu zamanı yeməkdə deyib. 

İnvestor Ukraynaya olunan maddi yardımdan da danışıb: “Əslində Ukraynanın gələcəyi elə Avropa İttifaqının gələcəyi deməkdir. Hesab edirəm ki, əgər Avropa İttifaqı Ukraynanı itirərsə, bu Avropanın böyük itkisi olacaq. Çünki Rusiya Ukraynanı qazandığı təqdirdə hökmranlıq edən və bölən olacaq”.
Soros eyni zamanda Avropa İttifaqının inteqrasiya siyasətindən uzaqlaşdığı məsələsinə də toxunub: “Avropa İttfaqında təmsil olan suveren və müstəqil dövlətlər öz müstəqillikləriin və bir az da suverenliklərini hardasa tapdamaq sorunda qalıblar. Amma bu gün Avropa İttifaqı nə üçün yarandığını unudub və tamamilə məlum olmayan bir formaya düşüb. Yəni bu gün Aİ kredit verən və borcluların ortamına çevrilib. Və ən əsası isə odur ki, burada kredit verənlər elə özlərinə məsus şəkildə şərtlər qoyur ki, borclular çıxımaz vəziyyətdə qalır...”

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.