Rüstəm İbrahimbəyov yenidən “Abbasov cəbhəsində”


Rüstəm İbrahimbəyov yenidən “Abbasov cəbhəsində”

Font ölçüsü

milli.jpg

Milli Şuranın fəxri sədri “milyarderlərin” Moskva görüşünü təsdiqlədi

“Bəli, mən Ramazan Abdulatipovla birlikdə restoranda olmuşam. Moskvanın müxtəlif restoranlarında birlikdə oturduğum müxtəlif millətləri və peşələri təmsil edən çox sayda digər məşhur xadimlərin də adlarını çəkə bilərəm. Son illər internetin meydana çıxması ilə nadir hallarda kitabxanalarda oluram. Restoranlara isə kifayət qədər tez-tez gedirəm, baxmayaraq ki, bu, sağlamlıq üçün zərərlidir”.

Bu sözləri tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov “Turan” a müsahibəsində deyib. Xatırladaq ki, bugünlərdə “Yeni Müsavat” Moskvanın elitar restoranlarının birində “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının üzvlərinin görüşü olduğu barədə xəbər vermişdi. Xəbərdə deyilirdi ki, həmin məclisdə Dağıstan prezidenti Ramazan Abdulatipov və Abbas Abbasovla bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov, eləcə də bu qurumun digər üzvləri olub.
R.İbrahimbəyov deyib ki, fevralın 2-də “Modern” teatrında məşhur teatrşünas Natalya Staroselskayanın Bakının “İbrus” teatrına həsr edilmiş kitabının təqdimatı keçirilib: “Abbas Abbasov teatrı, məni və kitab müəllifini təbrik etməyə gəlmişdi. Ramazan Abdulatipovla biz bu yaxınlarda Rəsul Həmzətov haqqında ssenari yazmışıq, qardaşım oğlu Murad isə bu ssenari üzrə film çəkib. Filmə artıq minlərlə tamaşaçı baxıb, amma əsas təqdimat hələ irəlidədir”.

R.İbrahimbəyovun sözlərindən belə anlaşılıb ki, məclisdə “Milyarderlər ittifaqı”nın digər tanınmış simaları da olub: “Araz Ağalarovu uşaqlıqdan tanıyıram və onun bunda günahı yoxdur. Vaqit Ələkbərov, Telman İsmayılov, İsgəndər Xəlilovla həyatda dəfələrlə qarşılaşmışam, o cümlədən, Azərbaycan xüsusi xidmətləri tərəfindən ”Milyarderlər ittifaqı" adlandırılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsis qurultayında da".
Milli Şuranın fəxri sədri “AzerRos”da baş verənlərə görə Azərbaycandakı qüvvələri suçlayıb: “”AzərRos"da problemlər var və bu problemlər Azərbaycanda hansısa qüvvələrin Abbas Abbasovu bu təşkilatın rəhbəri vəzifəsindən uzaqlaşdırmaq cəhdləri ilə əlaqədar yaranıb. Amma böyük regional təşkilatların əksəriyyəti Abbas Abbasovu Rusiyada nüfuza və imkana sahib insan kimi tanıyır, mədəni muxtariyyətimizə böyük fayda gətirə biləcəyini dərk edərək onu dəstəkləyir".

R.İbrahimbəyov Azərbaycan hakimiyyəti ilə münasibətlərinin hələ də çox gərgin olduğunu təsdiqləyən fikirlər işlədib: "Mən digər nüfuzlu təşkilatın - Ümumrusiya Azərbaycan Konqresinin də Rəyasət Heyətinin üzvüyəm və onun təsisçilərindən biri olmuşam. Amma son vaxtlar ÜAK iclaslarına getmirəm ki, onun rəhbərliyini də Azərbaycanda dövlət çevrilişində ittiham edərlər. Azərbaycan vətəndaşlarının hüquqlarının kütləvi şəkildə pozulması və ölkədə baş verən çox şeylə razılaşmamağı vətəndaş və yazıçı olaraq vəzifəm hesab edirəm, amma bu, siyasət deyil və istənilən başqa, hətta çox demokratik olmayan bir dövlətdə bu, normal qəbul edilərdi. Lakin Azərbaycanda bərqərar olmuş rejim onu mədh etməyən hər kəsi düşməni sırasına aid edir və dövlət çevrilişi təşkil etməkdə suçlayır. Azərbaycanda siyasi qurbanların sayı günbəgün artmasa idi, maniyaya bənzəyən bu ideya gülüş doğurardı. Hakimiyyət başa düşmür ki, yalnız vətəndaş cəmiyyətinin fəallığı onu güclənməkdə olan xalq iğtişaşından xilas edə bilər".

R.İbrahimbəyov açıqlaması ilə “Yeni Müsavat”ın xəbərini təsdiq etməklə bərabər yazıdakı iddialara da qismən işıq salıb. Məsələn, yazıda belə bir iddia da vardı ki, Rusiya 2015-ci il parlament seçkiləri ərəfəsi “Milyarderlər ittifaqı”nı yenidən dirçəltməklə Azərbaycan iqtidarına təzyiq etmək niyyəti güdə bilər. R.İbrahimbəyovun müsahibəsindən də açıq görünür ki, A.Abbasovun yenidən “Azərbaycan əzabkeşi” obrazı yaradılır. 2013-cü il fiaskosundan sonra hakimiyyətlə münasibətlərini düzəltmək üçün açıqlamalarında xeyli korrekt olan R.İbrahimbəyovun yenidən “Azərbaycanda bərqərar olmuş rejim onu mədh etməyən hər kəsi düşməni sırasına aid edir və dövlət çevrilişi təşkil etməkdə suçlayır”kimi ifadələr işlətməsi diqqət çəkir. Nəhayət, ən əsası, hakimiyyətin “qara sıyahısında” olan Abbas Abbasovla məsafə saxlamağa çalışan kinodramaturqun yenidən “Abbasov cəbhəsinə” keçməsi də göz önündədir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.