Konstantin Kolaçyov: “Hesab edirəm ki, Rusiya əslində özü özünü həm aldatdı, həm də elə özünə də qalib gəldi”


Konstantin Kolaçyov: “Hesab edirəm ki, Rusiya əslində özü özünü həm aldatdı, həm də elə özünə də qalib gəldi”

Font ölçüsü

rus.jpg

“Putin bu döyüşdə qələbə çala bilər,amma müharibədə uduzmaq üçün risk edir”.

Bunu dosye.org-a eksklüziv açıqlamasında Rusiyanın Siyasi Ekspertlər Qrupunun rəhbəri, politoloq, Konstantin Kolaçyov ukrayna hakimiyyətinin Şərqi Ukraynaya müxtariyyət verilməsi məsələsinin Vladimir Putinin qələbəsi hesab etmək olarmı sualına cavab verərəkən deyib. Onun sözlərinə görə, Rusiyanın reputasiyası dünya siyasi oyunçüları arasında açıq şəkildə nümayiş olunur: “Hamı, Rusiyada daxil olmaqla irəliləyişə doğru getmək üçün cəhd edir. Lakin onu da unutmamalıyıq ki, taktiki bir uğur, sonradan strateji süqutla nəticələnə bilər. Molernizasiya tətbiq edilərsə, Rusiya haqqında unutmaq lazım gələcək. Misal üçün Kalujiya əyaləti kimi. Ora investerləri cəlb etdilər. Yeni şirkətlər tikdilər. Indi isə tənəzzülə doğru gedir və çox sayda ixtisarlar olunur. Buna baxmayaraq, məktəblərdə dərslər Rusiya himninin oxunması ilə başlayır. Ruh yüksəkliyi yaxşıdır. Amma iqtisadi təkanı heç zaman əvəz edə bilməz. Hesab edirəm ki, Rusiya əslində özü özünü həm aldatdı, həm də elə özünə də qalib gəldi. Lakin yaxşı ki, lider öz dəyanətini məhv etmədi. Əksinə mən deyərdim reytinqini artırmağa müvəffəq ola bildi. Amma Rusiya liderinin reytinqi artıqca, mağazalardakı qiymətlər də artdı...Ölkəni böhrana sürüklədilər. Ukraynalılarla rusların münasibəti isə təsəvvür edilməyəcək dərəcə də korlandı. Tarixin çarxı heç də tez dövr etmir. 5-10 ildən sonra biz hələ bu “qələbə”yə və bunun nə ilə nəticələndiyinə baxacağıq”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.