Qəzənfər Ağayev və Tahir Kərimov vəzifədən uzaqlaşdırılır?


Qəzənfər Ağayev və Tahir Kərimov vəzifədən uzaqlaşdırılır?

Font ölçüsü

qez.jpg

Astaranın icra başçısı yaxın günlərdə yola salınacaq.Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib.

Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə, Göyçay, Göygöl, Laçın, Lerik rayonlarının sakinlərindən Prezident Adminstrasiyasına daha çox şikayət daxil olur.
PA sözçüsünün məqaləsindən də görünür ki, yerli İcra Hakimiyyətlərinin qüsurlu fəaliyyəti ölkə rəhbərliyinin də narahatlığına səbəb olub və ən yüksək səviyyədə dilə gətirilir.
Ən yaxın günlərdə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin vəzifədən azad olunacağı gözlənilir.
Onun Masallıya rəhbərlik etdiyi dövrdə törətdiyi qanunsuz əməlləri Astarada davam etdirməsi, sahibkarlara qarşı süni təzyiqlər etməsi, yalnız öz yaxın adamlarını yüksək vəzifələrə təyin etməsi, sakinlərdən daxil olan şikayətləri ciddiyə almaması və bu səbəbdən Astara sakinlərinin Prezident Admintrasiyasına üz tutmağa məcbur edilməsi, rayonda quruculuq, abadlıq işləri adı ilə dövlət büdcəsini israf etməsi və digər səbəblər onunla bağlı müzakirələri ən yüksək səviyyəyə qaldırıb. Məhz elə bu səbəbdən də Qəzənfər Ağayevin ən qısa zamanda Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifədən azad olunacağı gözlənilir.
Onun ardınca vaxtilə Tərtərə rəhbərlik etmiş Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin və Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin də vəzifədən azad ediləcəyi gözlənilir.
Daha bir məlumata görə isə, vəzifədən azad ediləcək məmurların arasında Salyan rayonun icra başçısı Tahir Kərimov un da adı hallanır. Qeyd edək ki, Tahir Kərimovun vəzifədən uzaqlaşdırılmasıl ilə bağlı uzun müddətdir ki, ciddi müzakirələr aparılır.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.