PA-dan dələduz ev şirkətlərinin şok - Siyahısı


PA-dan dələduz ev şirkətlərinin şok - Siyahısı

Font ölçüsü

mas.jpg

Paytaxtda dələduz tikinti şirkətlərinin siyahısı açıqlanıb.

Axar.az xəbər verir ki, vətəndaşlara həmin tikinti firmalarından mənzil almamaq tövsiyə olunur. Bu şirkətlərin fəaliyyətinin bəziləri dayandırılıb, bir neçəsinin rəhbəri həbsdədir, digərləri barəsində araşdırma aparılır.

Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AzərTAc-da dərc olunmuş geniş həcmli məqaləsində firmaların adları yer alıb.

Onların sırasında “İnşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “İdeal-İnşaat”, “Şahbulaq”, “Abşeron-1”, “A.E.K”, “Xəmsə İnşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “R+R”, “Birlik inşaat”, “Ulduz” firmalarının adları qeyd olunub.

Həmçinin, İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərovun qardaşı oğluna məxsus “FOLKLOR”, müğənni Aygün Kazımovanın qardaşı Ələsgər Kazımovun rəhbəri olduğu “Ələsgəroğlu” firmasının adı da PA rəsmisinin məqaləsində hallanıb.

Habelə, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt İnşaat”, “ “AENT-E”, “HAYAN-E”, “Klass Azko”, “Badu Kubə”, “Olimpus-AZ”, “Cənnət”, “Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq olduğu bildirilir.

Müraciətlərdə mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bildiklərindən bəhs edilir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.