Millət vəkili bəzi qüvvələrin cavabını verdi


Millət vəkili bəzi qüvvələrin cavabını verdi

Font ölçüsü

vekil.jpg

ABŞ-ın bəzi dairələri Azərbaycanın artıq Qərbi və onun dəyərlərini "inkar etmək" yolunu tutduğunu düşünməyə başlayıblar.

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

O "Azərbaycan" qəzetinə bildirib ki, guya Azərbaycan nə Avropa məkanına inteqrasiyada maraqlıdır, nə də Vaşinqton və onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək istəyir: "Lakin onlar unudurlar ki, Azərbaycan ABŞ və onun müttəfiqləri ilə beynəlxalq terrorizmə, çirkli pulların yuyulmasına, narkotiklərin daşınmasına qarşı mübarizədə və digər sahələrdə sıx əməkdaşlıq edir".

Onun sözlərinə görə, biz bu mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etmişik, ABŞ və onun mütəffiqləri ilə iqtisadi, siyasi və sosial sahədə münasibətlərin inkişafında maraqlıyıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.