Aydın Hüseynov: “Neftin qiymətini dünya bazarı müəyyənləşdirir...”


Aydın Hüseynov: “Neftin qiymətini dünya bazarı müəyyənləşdirir...”

Font ölçüsü

ay.jpg

“Bölgələrdə aparılan işlərin icrasına birbaşa Cənab Prezident nəzarət edir...”

Dosye.org saytı, Səbail YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovla müsahibəni təqdim edir:


- Azərbaycan Prezidenti İlham Əliyev Tarif Şurasının qərarını onun qəbulunu elə ertəsi günü ləğv etməsi, sizcə Prezidentin vətəndaşları narahat edən məsələdə həssaslıq göstərməsi kimi qələmə vermək olarmı?

- Ümumiyyətlə Cənab Prezident İlham Əliyevin bütün fəaliyyəti qızıl xətlə müşayət edilən bir istiqamətdir. O bu günə kimi hər bir Azərbaycan vətəndaşının sosial-rifahının yüksəldilməsi və qürurla yaşamasını önə çəkib. “Mən Azərbaycan Respublikasının Prezidentiyəm” tezisini Cənab Prezidentimiz hər an doğruldur. Tarif Şurasının benzinin qiymətinin yüksəldilməsi ilə əlaqədar müəyyən narazılıqlar yarandı. Cənab Prezident də bu qərarı ləğv etdi. Bu isə birbaşa olaraq, Möhtərəm Prezidentimizin öz xalqına olan diqqətindən qaynaqlanan bir addım idi.Ümumiyyətlə Cənab Prezidentin bütün fəaliyyəti məhz Azərbaycan xalqının firavan yaşamasına xidmət edir.


-Aydın müəllim bu gün cənab Prezidentin rayonlara ayırdığı dəstək və qayğıdan əfsuslar olsun ki, sui-istifadə edən icra başçıları var. Sizcə icra başçılarının fəaliyyətinin həmin rayondan seçilmiş deputatlara tabe olunması, icra başçılarının öz səlahiyyətlərini aşma hallarının aradan qaldırılmasına nə qədər kömək edər?

- Nəzərinizə çatdırım ki, bu gün regionların sosial-iqtisadi vəziyyəti ilə bağlı dövlət proqramı mövcuddur və bu proqram çox uğurla həyata keçirilir. Həmin proramın nəticəsinə baxarkən, bölgədə gedən yenidənqurma işlərini, bütün nailiyyətlərini görmüş oluruq. Hesab edirəm ki, regionda qarşıya qoyulan işlər həyata keçirilirsə, deməli həmin uğurlu nəticədə regionların hər bir icra başçısının əməyi və zəhməti var. Uğurlu işlər və nəticə varsa, deməli rayon rəhbərliyi tərəfindən müsbət işlər görülür. Bölgələrdə aparılan işlərin icrasına birbaşa Cənab Prezident nəzarət edir. Bu gün icra başçılarının fəaliyyətinin nəzarət və icra mexanizmi olduğuna görə, nailiyyətləri də müşahidə olunur. O üzdən də, icra başçılarının fəaliyyətindəki neqativ hallardan danışılmasının yeri yoxdur. İkinci bir tərəfdən deputatın özünün funksiyası var. Deputat qanunvericiliklə məşqul olan bir qurumda təmsil olunur və fəaliyyət göstərir. Deputat seçildiyi rayon camaatının problemlərinin həlli istiqamətində müvafiq instansiyalara müraciət etməklə yardımçı olur. Bir sözlə, hər bir kəsin özünün funksiyası var və mən icra başçılarının işinin bölgədən seçilmiş deputatın nəzarət etməsi fikri razı deyiləm. Çünki hazırki idarə etmə üsulu olduqca effektli nəticəyə əsaslanır.

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin yanvar ayında Davos İqtisadi Forumunda iştirakı zamanı İsveçrəni Avropaya "giriş qapısı" olaraq səciyyələndirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Exxon Mobil" şirkətinə məxsus bu ölkədəki ESSO yanacaqdoldurma məntəqələrini almaqla İsveçrənin enerji bazarına daxil olmasını nəzərə alsaq, cənab prezidentin bu cür qiymətindən sonra Azərbaycanın İsveçrədə investisiyaların artacağını demək olarmı?


-İsveçrə bildiyimiz kimi Avropada ən stabil və iqtisadi baxımdan imici yüksək olan dövlətdir. İsveçrə ilə Azərbaycan arasında normal iqtisadi əlaqələr mövcuddur və bu əlaqələr günü-gündən inkişaf etməkdədir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan İsveçrənin özündə 160-dan artıq yanacaq doldurma məntəqələrinə sahibdir. Bununla yanaşı İsveçrə ilə qarşılıqlı investisayaların qoyulması üçün mümbit şərait yaradılıb. Cənab Prezidentin Davos görüşləri Avropa ölkələri ilə bu cür əlaqələrin yaradılmasına böyük təkan verir. Bununla yanaşı Davos görüşləri Azərbaycan iqtisadiyyatının qəbul olunmasında da böyük rol oynayır. Təsadüfi deyil ki, Davos görüşü 2012-ci ildə Bakıda keçirilmişdi. Davos görüşlərində iqtisadi beyin mərkəzləri toplaşır. İsveçrənin Azərbaycana marağı da, elə bu kimi görüşlərdən sonra yaranmışdır. Həmin maraq isə sonradan real addımlarla müşahidə olunmaqdadır.


-Sizcə “Neftin ucuzlaşması böyük layihələrin həyata keçirilməsini ləngidə bilərmi?

-Neftin ucuzlaşması məsələsi yalnız Azərbaycana şamil edilmir. Yəni Azərbaycan nefti ucuzlaşmayıb. Bu bütün dünyada, bütün neft ixrac-idxal edən dövlətlərdə baş verən hadisədir. Ona görə də, bu gün dünya bazarında neftin qiyməti aşağı düşdüyünə görə, Azərbaycan da mövcud aşağı qiymətə neftini idxal edir. Bu bir reallıqdır və biz bunu qəbul etməliyik. Bir sözlə, neftin qiymətini dünya bazarı tənzimləyir. Həmin bazar da bu gün nefti aşağı qiymətə alır. Qaldı ki, layihələrin ləngidilməsinə, bu prinsip etibarilə birinci və ikinci dərəcəli layihələr sisteminə ayrılması yolu ilə reallaşacaq. Çünki, icrası mütləq olan layihələr təbii ki reallaşacaq. Lakin elə layihələr var ki, onların bu il, gələn il və ya növbəti illərdə də realizə olunması problem yaratmıyacaqsa, o zaman həmin layihələr gözləməli olacaq. Bu gün Azərbaycan dövləti 2015-ci il üçün dövlət büdcəsini artıq təsdiqləyib. Bu 21 milyard 100 milyon manat məbləğində olmaqla dövlətin gəliri və xərci də hesablanıb. Gəlirləri isə vergidən, gömrükdən və Dövlət Neft Fondundan əldə edilən 10 milyon manat vəsaitin transferi müəyyən edir. İndi mütləq sürətdə realizəsi tələb olunan layihələr həmin 21 milyard 100 milyon manat məbləğində olan dövlət vəsaiti çərçivəsində həyata keçiriləcək. Bundan əlavə bizim qlobal layihələrimiz olan Bakı-Tibilisi-Qars dəmiryolu layihəsi və ya TANAP, TAP kimi digər önəmli neft layihələrində də bizim payımız var. Bu gün layihələr dayanmayacaq. Sadəcə neftin qiymətindən asılı olaraq, bir qədər vacib olmayan və ya strateji xarakter daşıyan layihələri ehtiyyat olaraq gözlətməli olacağıq.


- OPEC-in baş katibi Abdulla əl-Bədri yaxın günlərdə Neftin qiymətinin yüksəlməyə başlayacağını bildirib. Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan dolayı neftin qiymətinin düşməsi müşahidə olunur. Sizcə hansı hadisə neftin yenidən bahalaşmasına təkan verə bilər?


- Mən bir az əvvəl qeyd etdim ki, neftin qiymətini dünya bazarı müəyyənləşdirir. Neftin hasilatı ilə məşqul olan OPEC ölkələri var. Həmin dövlətlər də neftin qiymətinin azalmasında və çoxalmasında rolu ola bilən dövlətlərdir. Əgər OPEC ölkələri neftin hasilatını azaldarsa, bu da neftin qiymətinin armasına gətirib çıxara bilər.

-Bu gün Rusiya öz ərazisi üzərindən Ukraynadan Azərbaycana və Özbəkistana göndərilən 300 min yumurta və 30 ton süd məhsullarının tranzitinə qadağa qoyub. Sizcə bu Azıərbaycan və Özbəkistanın Avrasiya İqtisadi İttifaqına daxil olması üçün atılmış addımdır, ya Ukraynanın tranzit haqqını ödəməsinə hesablanıb?

- Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, heç bir dövlət Azərbaycanla diktə dili ilə danışa bilməz. Azərbaycan müstəqil dövlətdir və Azərbaycanın milli eləcə də, dövlət maraqları var. Bu maraqlara isə heç kəs təsir edə bilməz. Bizim dövlətimiz qonşu ölkələrlə qarşılıqlı anlaşmaya əsasən əməkdaşlıq edir. Eyni zamanda qeyd edim ki, Azərbaycanın yürütdüyü balanslaşdırılmış siyasət və Cənab Prezidentin əvəzsiz fəaliyyətinə görə, bu gün Azərbaycan dünya ölkələri tərəfindən tərəfdaş kimi tanınır. Ona görə də, digər ölkələrin Azərbaycana təzyiq etmək fikrini belə, mən absurd hesab edirəm.

- Məlum olduğu kimi, Türkiyə bu il 20-lər smmitinə sədrlik edir və bu sammitdə Azərbaycanı da iştirak etməyə rəsmən dəvət etdi. Sizcə həmin sammitdə iştirak etmək Azərbaycana hansı iqtisadi və siyasi dividentləri qazandıracaq?

-Əlbəttə 20-lər sammitində iştirak etməklə Azərbaycan ilk növbədə yüksək tribunadan öz sözünü demək şansı əldə etmiş olacaq. Digər tərəfdən məlum olduğu kimi artıq Azərbaycanda unikal iqtisadi model formalaşıb. Bu model də birbaşa olaraq, maliyyə institutlarının və iqtisadi beyin mərkəzlərinin diqqətini cəlb edir. Yəni Azərbaycanın sözü gedən sammitə dəvət olunması əbəs yerə deyil və mütləq sürətdə bir səbəbi var. Bu sammitdə iştirak etmək Azərbaycan iqtisadiyyatına birbaşa təsir edəcək və Avropa investisiya təminatını artıracaq. Bir daha qeyd edirəm ki, Azərbaycan Respulikasının Prezidentinin 20-lər sammitində iştirakı həm siyasi imic baxımından, həm də iqtisadi əlaqələr baxımında olduqca yüksək qiymətləndirilməlidir.

- Sərkisyan Azərbaycanı müharibə ilə hədələyərək, “Sürprizlər gözləyin...” deməsi bir vassal dövlətin Rusiyadan dəstək illuziyasının suya düşməsi qorxusundan qaynaqlanmış ola bilərmi?

- Çox gözəl qeyd etdiniz. Bilirsiz, bir vassal dövlətin Rusiyaya arxalanaraq, kimisə hədələməsi bu gün çox gülünc görünür. Ermənistan bir dövlət kimi artıq çoxdan süquta uğrayıb. Çünki iqtisadi tərəfdən tənəzzülə uğramış və suverenliyini qoruya bilməyən dövlətin bu gün yalandan hədə qorxu gəlməklə ölkədaxilindəki acınacaqlı halda yaşayan erməni xalqınıın gözünə çəkilmiş pərdədir. Yəni Sərkisyan bu cür boş təhdidlərlə yalnız və yalnız erməni xalqı qarşısında özünə xal qazanmaq niyyətindədir. O dərk edir ki, Avrasiya İqtisadi İttifaqı da Ermənistana heçnə vəd etmir. Digər tərfdən, Gümri hadisələri Rusiyanın Ermənistanla bağlı nə fikrdə olmasını sübut etdi...

-Necə düşünürsüz, Gümridə baş vermiş dəhşətli hadisə sizcə əvvəlcədən ermənilər tərəfindən düşünülmüş ola bilərmi? Nəzərə alsaq ki, bir çox ermənilər Ermənistanın Avrasiya İttifaqına üzvlüyünü dəstəkləmədiyini açıq şəkildə bildiriblər. Bu insident isə Ermənistanın yenidən öz seçimini müzakirə edilməsi üçün həll edici olacağına hesablandığını söyləmək olarmı?

- Əlbəttə, ermənilər öz məkirli siyasətləri ilə hər zamman erməni xalqını ölümə sürükləyib və bu cür siyasətlə hələ də ölümə sürükləməkdə davam edəcək. Əgər biz Sumqayıt hadisələrini xatırlasaq görərik ki, o zaman ermənilərin özünü elə ermənilər qırırdı. Bu hadisələr bizim gözlərimiz qarşısında baş verib. Ona görə də, ermənilər öz niyyətlərini həyata keçirməkdən ötrü, erməni xalqını belə güllə qarşısına qoymaqdan çəkinməz. Bir sözlə, Sumqayıt hadisələrinə əsaslanaraq, Gümri hadisəsinin də ermənilərin özləri tərəfindən törədildiyini ehtimal etmək olar...

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.