“Pul sağan” icra başçıları silsiləsindən...-YENİLƏNİR


“Pul sağan” icra başçıları silsiləsindən...-YENİLƏNİR

Font ölçüsü

 

 

 

 

 

zakir12.jpg

Abşeron rayon icra başçısı qarətçiliklə məşquldur!

Abşeron rayon icra başçısı Zakir Fərəcov büdcədən 90 milyon manat məbləğində dövlət vəsaitini şəxsi hesaba ötürüb. Bu haqda mətbuatda bir sıra yazılar getsə də, görünür əli və arxası güclü olanların köməyinə arxalanıb mənimsənən vəsaitin üstünü qapatmaq məqsədi ilə sözü gedən aidiyyətli qurumları susdurmuşdur.

Amma 90 milyon manat büdcədə olan əksiklik bərpa olunmadığından dosye.org bu məsələni araşdırmaq qərarına gəlib. Əldə etdiyimiz məlumatlara görə, sözü gedən 90 milyon azmış kimi bu günlərdə Zakir Fərəcov tərəfindən büdcədən türk demişkən daha 90 milyon manat məbləğində vəsait tükətilib.

Lakin nə səs var, nə səda... Görünən odur ki, daha əvvəl dövlət büdcəsindən mənimsənilən 90 milyon manat vəsaitin yoxa çıxması məsələsi heç də dövlət struktunda oturanları maraqlandırmır... Ona görə də, hələ bu cür 90 milyonlar çox itəcək və bu Zakir Fərəcov kimi icra başçılarının büdcəni soymaq arzuları da asanlıqla reallaşa biləcək. Çünki, bu gün ölkə daxilində fəaliyyət göstərən bütün icra başçıları saxta fəaliyyətlərinin, korrupsiya əməllərinin və dövlət büdcəsindən oğurluğun sadəcə rayon icra başçılarının yerlərinin dəyişdirilməsi ilə nəticələnəcəyinə əmindirlər.

Bu cür icra başçıları da “Abşeron olmasın, Xəzər olsun, təki mənimsəmək üçün dövlət vəsaiti olsun” misalı ilə öz fəaliyyətlərini davam etdirmək prinsipi ilə çalışırlar. Görəsən min bir maxinasiya və saxtakarlıqla məşqul olan icra başçıları nə üçün məsuliyyətə cəlb olunmur? Axı Zakir Fərəcov kimi dövlət büdcəsinə əl uzadan icra başçılarının arxasında kimlər durur? Hər halda Zakir Fərəcova havadarlıq edənlər, dövlət büdcəsinə tamah salanlardan ibarətdir.

Məhz həmin adamlar da, icra başçılarının yerini dəyişdirmək prinsipi ilə hər rayona pul sağan “sağıcı” icra başçılarının təyin olunması üçün onların ünvanına min bir tərif oxuyurlar. Zakir Fərəcov da, məhz həmin “pul sağan” icra başçılarındandır. Ona görə də, o sağılan 90 milyon manat vəsaitin hara və necə getməsi bu gün heç kəsi maraqlandırmır.

Əks halda icra başçıları tərəfindən qarət olunan rayonlar və dövlət büdcəsindən əldə olunan maliyyə vəsaitinin hara getdiyi bir çoxlarını düşündürərdi və bu icra başçılarının yerlərini dəyişdirmək əvəzinə onların məsuliyyətə cəlb edilməsi çüçn ən azından səy göstərədilər...

P.S. Görəsən bu 90 milyon manat vəsaitin qapadlması və Zakir Fərəcovun növbəti qarəti haqqında biz hansı rayondan eşidəcəyik?

ABSER.jpg

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.