“Dilqəmlə Şahbazı azad etmək üçün 2 erməni general girov götürülməlidir”


“Dilqəmlə Şahbazı azad etmək üçün 2 erməni general girov götürülməlidir”

Font ölçüsü

dep.jpg

“Kəlbəcərli girovlarla bağlı cəmiyyətdə susqunluq yoxdur. Sadəcə, çarəsizlik var. Onların azad olunması ilə bağlı prezident, Xarici İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlər in İşləri üzrə Dövlət Komitəsi, Kəlbəcərin deputatı da müraciət ediblər”. Bunu Modern.az saytına Azərbaycan Dövlət Nəşriyyatının direktoru, sabiq deputat Əlövsət Ağalarov deyib.

O, məsələnin bir həlli yolu olduğunu da vurğulayıb: “Bu yol da müharibə edib, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğalda olan torpaqlarımızı azad etməkdir. Müharibəsiz torpaq geri alınası deyil. Qarabağın cənnətməkan guşələrini - Kəlbəcəri, Şuşanı danışıqla, sülhlə ermənilər heç kimə verməyəcək. O müharibədə Dilqəm də, Şahbaz da, mən və mənim övladlarım da şəhid ola bilərik. Əsas odur ki, müharibə edib heç olmasa ata-babalarımızın işğalda qalan qəbirlərini bu mənfurlardan azad edək. Bunlar mənim subyektiv fikirlərimdir.

Dilqəm Əsgərovla və Şahbaz Quliyevi azad etmək üçün bizim hərbiçilərimiz ən azı iki erməni generalı girov götürməlidir. Belə olarsa, ermənilər dərhal razılaşıb girovlarımızı dəyişəcək. Ermənilər Dilqəmi Azərbaycanın ən böyük kəşfiyyatçısı kimi bilir. Onlar Dilqəmi dəyişmək üçün Ramil Səfərovu istədilər. Deməli, Dilqəmə tay adam axtarırlar.

Erməni 25 ildə bir qarış torpağı sülh yolu ilə qaytarmayıb. Biz onlara necə inanaq? ABŞ-ın dövlət katibi Con Kerri 1990-cı ildə bir qrup senatorla Mixail Qorbaçova müraciət ediblər ki, Qarabağın ərazisini ermənilərə verin. Onlar orda daha yaxşı yaşaya bilərlər. Bu neçə ildə Con Kerrinin fikri bizə qarşı dəyişmədi ki? Onlarda bu erməni sevgisi, erməni məhəbbəti olduğu müddətdə nə ATƏT-ə, nə də BMT-yə inanmaq lazımdır. Onların missiyası bizim başımızı qatmaqdır. Erməni havadarları iqtisadi cəhətdən onların çökməsinə izn verməz. Ermənini çökürtməyin yolu Azərbaycan ordusudur. Şəhidlikdən, qandan-qadadan qorxmaq lazım deyil. Düşmənli məmləkətin oğlanları tez böyüyür”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.