Saatlı İcra Hakimiyyətində Qarabağ qazisini döyüb, sonra da həbs etdilər


Saatlı İcra Hakimiyyətində Qarabağ qazisini döyüb, sonra da həbs etdilər

Font ölçüsü

saatli.jpg

Yerli qurumlara problemləri ilə bağlı müraciət etdiyi üçün Səbuhi Fətullayevə cinayət işi açılıb

Saatlıda özbaşınalıq pik həddə çatıb. Artıq rayon İcra Hakimiyyəti başçısı və yerli məmurlar vətəndaşlarla həddindən artıq kobud davranmaqla yanaşı, həm də haqqını tələb edənləri həbs etdirəcəkləri ilə hədələyirlər.

JAM.AZ-a az verilən məlumata görə, daha bir özbaşınalıq dünən baş verib. Belə ki, rayonun Molday kənd sakini, Qarabağ müharibəsi əlili Səbuhi Nizami oğlu Fətullayev yerli polis tərəfindən həbs olunub. Həbsinə səbəb isə üzləşdiyi problemlərlə bağlı Saatlı İcra Hakimiyyətinə gedərək, orada icra başçısı ilə görüşmək istəyi olub.

Məlumatda deyilir ki, həftənin 4-cü günü olduğundan icra başçısının birinci müavini İlham Quliyevin qəbulu keçirilirmiş. Ora gələn Səbuhi Fətullayev icra başçısı ilə görüşmək istədiyini bildirib. Lakin ona icazə verilməyib. Əvəzində isə bir neçə nəfər onu İcra Hakimiyyətində ağır formada döyərək, müxtəlif xəsarətlər yetiriblər. Qan içində olan Qarabağ əlilini oradan çağırılmış polis əməkdaşları aparıblar.

JAM.AZ-a verilən məlumata görə, İcra Hakimiyyətinə çağırılmış polis Qarabağ qazisinin qoluna qandal vuraraq, onu Saatlı Polis Şöbəsinə aparıblar. Bu gün isə məlum olub ki, Səbuhi Fətullayevə cinayət işi açılıb. Onu hansı cinayətdə ittiham edilməsi barədə isə hələlik heç bir bilgi verilmir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.