Neftçala icra hakimiyyətindən Ulu Öndərin xatirəsinə hörmətsizlik


Neftçala icra hakimiyyətindən Ulu Öndərin xatirəsinə hörmətsizlik

Font ölçüsü

ser.jpg

Nefçala İcra hakimiyyətindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə hörmətsizlik olunub. Dosye.org-un əldə etdiyi məlumata görə, ötən ayın əvvəlində Nefçalanın icra hakiminin müavini Gültəkin xanımın dəstəyi ilə, Nefçalada Heydər Əliyev Mərkəzində Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərovanın layihəsi əsasında “Barmaqsız rəssamın əlil rəssamlarla fəryadı” adı altında rəsm sərgisi təşkil edilib.

Nefçala icra başçısının müavini Gültəkin xanım icra hakimiyyəti sərgidə nümayiş olunan bütün rəsmlərin satılacağına dair söz vermişdi. Deyilənə görə, sərgi olduqca normal şəraitdə keçirilib. Nefçala icra hakimiyyəti də qismən də olsa verdiyi sözə əməl edib. Belə ki, rəssamların sərgilədiyi 30-50 manat arasında olan bir sıra şəkillər satılıb. Amma təəcüblüsü odur ki, düz bir aydır Ulu Öndər Heydər Əliyevin çəkilən portreti satılmırki satılmır. Nefçala İcra başçısı da utanmaz-utanmaz məhz Heydər Əliyevin portretinin satılmadığını bildirir. Bir aydır qiyməti 100 manata olan portretin satılmaması təəcüblü deyil. Təəcüblü odur ki, adi halda Ulu Öndərin rəsmini ofislərində başlarının üstünə vuran icra nümayəndəliyi nədənsə Heydər Əliyevin portretinin satılmamasına laqeyid yanaşırlar. 

Sərgidə iştirak edən həvəskar rəssam Şəmsəddin Böyükdüz isə bu hadisəni ilk növbədə dahi şəxsiyyətə olunmuş sayqısızlıq hesab edir: “Ulu Öndər Heydər Əliyevin portretinin bir aydır satılmaması mənə pis təsir etdi. Mən demirəm ki, sərgidə olan bütün rəsm əsərləri satılmalıdır. Belə bir qanun yoxdur. Baxmayaraq ki, icra hakimiyyətinin nümayəndəsi Gültəkin xanım bizə söz vermişdi. Amma qeyd etməliyəm ki, məhz Heydər Əliyevin rəsminin satılmaması ilk növbədə icra hakimiyyətinin öndərimizin xatirəsinə duyduqları hörmətdən xəbər verir. Bu ölməz şəxsiyyətin ruhuna və xatirəsinə olan sayqısızlıqdır”.

Xatırladaq ki, bəzi məmbələrin iddiasına görə, İsmayıl Vəliyev icra başçısı kürsüsünü tutmasına baxmayaraq, seçkilər zamanı AXCP-nin maliyələşməsində aktiv iştirak edən icra başçılarından biri olub. Ehtimal etmək olar ki,o səbəbdən də Heydər Əliyevin rəsmi bir aydan çoxdur öz alıcısını gözləyir...


Qeyd edək ki, satılmamış rəsmin müəllifi həvəskar rəssam Günel Şahbazlıdır.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.