Laçında təxribatlara əl atanlar ifşa ediləcək


Laçında təxribatlara əl atanlar ifşa ediləcək

Font ölçüsü

lacin.jpg

Laçınlıları ayağa qaldırmaq istəyən qüvvələr kimdir?! Bir sıra mətbu orqanlarda Laçından olan məcburi köçkünlərin etiraz aksiyası keçirməsi haqda materiallar dərc olunub.

Həmin materiallarda iddia olunur ki, yaranmış kommunal problemlərə görə, vətəndaşlar yolu bağlamağa cəhd etmiş və bununla bağlı aksiya düzənləmişlər. Savash.org olaraq məsələni araşdırdıq və məlum oldu ki, əslində mətbuatda çox böyük hay-küylə təqdim olunan məlum hadisə bir qrup maraqlı qüvvələrin təxribat cəhdindən başqa heç nə deyilmiş.

Belə ki, onlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikilməsi nəzərdə tutulan 1500 mənzilli yaşayış binasının hələ də hazır olmamasından şikayətçidirlər. Eyni zamanda Laçınlı məcburi köçkünləri n məskunlaşdığı bəzi evlərin qar və yağış suyundan zərər görməsi hansısa maraqlı qüvvələr üçün əsl fürsət olub.

Ağcabədi rayon Taxtakörpü qəsəbəsində məskunlaşmış bir qrup Laçınlı köçkünün saytımıza verdiyi məlumata görə, sözügedən aksiyada çox az sayda insan iştirak edib. Eyni zamanda onu da dəqiqləşdirdik ki, məcburi köçkünləri narahat edən problem müvafiq dövlət qrumlarının diqqətindədir.

Problemin yaxın zamanlarda həll olunacağı bildirilir. Laçınlı məcburi köçkünlərin qarşılaşdıqları çətinliklərdən istifadə edərək “mətbuatda fırtına” yaratmaq istəyən maraqlı qüvvələrin istəyinə çatmaması isə göz önündədir. Laçınlılar hər zaman dövlətə və dövlətçiliyə sadiq insanlar olublar. Xırda məişət problemlərindən yararlanaraq onları öz çirkin məqsədlərinə alət etmək istəyənlərə isə bəzi xatırlatmalar etmək istəyirik :

Əvvəla Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsi cəbhə bölgəsində yerləşir. Bu bölgə özünün həssaslığı ilə seçildiyindən hər kəs burada addımlarını yüz ölçüb, bir biçməlidir. Digər tərəfdən isə Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov o rəhbər şəxslərdəndir ki, onun qapısı hər zaman vətəndaşların üzünə açıqdır. Belə olan halda şikayətlərin müvafiq dövlət qrumlarında çözmək əvəzinə kimlərisə aksiyaya təhrik etmək qəbul edilən tendensiya deyil.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.