Beyləqan Təhsil şöbəsinin müdiri prezidentə necə kələk gəldi?


Beyləqan Təhsil şöbəsinin müdiri prezidentə necə kələk gəldi?

Font ölçüsü

to.jpg

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq sadıqovun Beyləqan təhsilindəki fırıldağı insanı bir daha əmin edir ki, təhsiulimiz hələ də Misir Mərdanovun qoyduğu təhsil siyasətini tərgitmək bilmirki, bilmir. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Tofiq sadıqov fəaliyyətində ciddi noqsanlara yol verib.

İş o yerə gəlib çatıb ki, sözü gedən məmururn yol verdiyi qanun pozuntuları yerli ictimaiyyətin, xüsusən də rayon məktəblərində çalışan müəllimlərin narazılıqlarını son həddə çatdırıb. Tofiq Sadıqov artıq təhsil və sistemində rüşvətxor və pul gir məmur kimi əməlli başlı ad qazanıb. Lakin bütün bu ifşaedici məlumatlara baxmayaraq bu məmur hələ də öz qanunsuz əməllərinə davam etməkdədir.
Etibarlı mənbənin verdiyi məlumata əsasən Tofiq Sadıqov hətta rayonda aparıəlan yoxlamalaradan da pul qoparmağa müvəffəq olur.

Belə ki, bu yaxınlarda maliyyə nazirinin göstərişi ilə Beyləqanda aparılan yoxlama buna misal ola bilər. Baxmayaraq ki, həmin yoxlama birabaş maliyyə nazirinin göstırişi ilə həyata keçirilib. Amma Tofiq Sadıqovun mahir “pul qırxma” üsulundan bu yoxlama da yan keçə bnilməyib. Mənbənin iddiasına görə, Maliyyə Nazirliyinin yoxlamalarını “yola salmaq” üçün RTŞ müdiri hər müəllimdən 10, texniki işçilərdən isə 5 manat toplanmasına dair göstəriş verib. Tofiq sadıqov hamam suyuna cibini doladurması da rayonun pedaqoji heyyətinin qəzəbinə səbəb olub.

Amma biçarə müəllimlər maaşlarından gileyləndikləri halda, bir də Tofiq sadıqovun hər dəfə bir səbəblə pul yığmağı unutmaması müəllimləri təngə gətirib. İndi rayon müəllimləri bildirir ki, bircə bu pul yığıəmına son qoydsaydılar əməlli maaşın nə olduğunu anlaya bilərdik...Аamma nə qədər ki, Tofiq Sadıqov iş başındadır deyəsən rayon müəllimlərinin arzusu ürəklərində qalacaq. Nəzərə alsaq ki, Beyləqanın təhsil müəssisələrində 1982 nəfər müəllim çalışır və bu isə təxminən 300 texniki işçinin çalışması deməkdir.

Bu da özü-özlüyündə yığılan pulun ümumi məbləğinin 20 min manatdan çox olduğunu deməyə imkan verir. Mənbənin bizə verdiyi məlumata görə, Tofiq Sadıqov fürsəti boşa verməyərək yığdığı qanunsuz pullardan heç kimə “pay” verməsə də, onu Təhsil Nazirliyində çalışan bir şəxslə yarı bölməyə məcbur olub. Buna səbəb isə RTŞ müdirinin yeni qanunsuz “yığımı” haqda nazirlikdəki həmin şəxsin xəbər tutması olub.

Təhsil Şöbə müdirinin diplomu da saxta çıxdı...

Biyabırçılığın bu qədəri də artıq ağdır. Əldə etdiyimi məlumtlara görə, sən demə “müəllimi sovurma”siyasətini tətbiq edən Tofiq Sadıqovun diplomunun saxta olması və daha əvvəl məhkum olduğu bildirilir.

Mənbə xəbər verir ki, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun diplomu saxtadır və o, bu sənədi 1979-cu ildə əldə edib. Mənbənin sözlərinə görə, həmin diplom birüzlüdür. Yəni, adi kağız parçasından bir o qədər də fərqlənmir. Bu xüsusda bizim aldığımız məlumatda isə bildirilirdi ki, sözügedən saxta sənəd əldə edilən zaman Tofiq Sadıqov həbsdə olub. Belə olduğu halda, təbii ki, bu RTŞ müdirinin hər hansı qanunsuz əməlinə təəccüblənmək lazım deyil.

Amma bir çözülməyən məsələ odur ki, görəsən Mikayıl Cabbarov nə üçün saxta diplomlu və həbs yatmış bir şəxsi bunca zamandır kürsü başında saxlayır? Üstəlik fəaliyyəti boyu başdan ayağa qədər nöqsan və qüsurlarla dolu ikən...

Görünür öz diplomunu8nda saxta olmasına öyrəşmiş şöbə müdiri bu yaxınlarda Elvin Abbasov adlı saxta diplomlu başqa bir “müəllimin” də böyük səyləri səyləri nəticəsində “Ən yaxşı müəllim””müsabiqəsinin qalibi olması əslində adi hal kimi qəbul olunmalıdır. Burada Tofiq sadıqovun təqsiri danılmazdır. Bülə ki, mənbə iddia edir ki, Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına saxta diplomun alınması məsələsi isə Tofiq Sadıqovun saxta diplom alveri etdiyinə də dəlalət edir.

Daha sonra saxta diplom sahibi olan Elvin Abbasov Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən keçirilmiş 2013-2014-cü tədris ilində “Ən yaxşı müəllim””müsabiqəsinə qatılmışdır. Aldığımız məlumatda ən çox diqqəti çəkən məlumat isə bu oldu ki, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi də olub.

Bu maxinasiya isə Tofiq Sadıqova və Vaqif Abdullayevə saxta diplomun düzəldilməsi üçün 8 min manat, Elvin Abbasovun Beyləqan rayon 6 saylı orta məktəbinə tarix müəlllimi vəzifəsinə işə qəbulu üçün 3 min manat, müsabiqədə iştirakına görə 6 min manat və nəhayət “qalibin” mükafatlandırıldığı 5 min manat da daxil olmaqla ümumilikdə 22 min manat qazandırıb...

Bu da daha bir məmurun özbaşınalığı və dələduzluğunun bariz nümunəsi hesab edilməlidir. Hesab edirik, Mikayıl Cabbarov təhsildə “Baloniya” və “Kurikuyum” kimi gərəksiz proqramların əvəzinə bu cür saxta diplomlu və saxta diplomluğu təbliğ edən işçilərin aqibəti ilə daha yaxından ilgilənmək adına bir gərəkli layihənin tətbiq olunması üçün ən azından səy göstərər. Rus demişkən yaşayarıq görərik. Amma Cənab Prezidentə kələk gəlməsinə görə, Tofiq Sadıqov mütləq sürətdə məsuliyyətə cəlb olunmalıdır.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.