Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov məsuliyyətə cəlb ediləcəkmi?


Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov məsuliyyətə cəlb ediləcəkmi?

Font ölçüsü

tofiq.jpg

Azərbaycan Prezidentinə saxta diplomlu müəllim üçün sərəncam imzalatdırılıb: A.Naxçıvanlı-T.Sadıqov cütlüyünün gizlinləri açılır

Azərbaycan məmurlarının qanunsuzluq və maxinasiya əməlləri elə bir həddə çatıb ki, artıq bu saxtakarlığa Azərbaycan Respublikasının Prezidentini də şərik edirlər. Belə ki, saytımıza daxil olan ilginc məlumat iki məmurun rüşvət sevgisinin dövlət başçısının sərəncamında saxtakarlıq məqamlarının yer almasını göstərir. Söhbət Azərbaycan Müəllimlər İnistitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı və Beyləqan Təhsil şöbəsinin müdiri Tofiq Sadıqovdan gedir. Məhz bu iki şəxsin zəncirvari əməlləri sayəsində prezident İlham Əliyev aldadılıb!

İndi isə keçək ilginc saxtakarlıq olayının təfərrüatlarına. Məlumdur ki, Tofiq Sadıqov qanunsuz yolla varlanmasını təmin edən ən başlıca amil saxta diplomlu "müəllimlər”lə işləməsidir. Dəfələrlə Sadıqovun bilərəkdən saxta diplomlu "müəllim”ləri işə götürməsi faktını yayımlamışıq. Amma indiki fakt kifayət qədər vahiməlidir. Belə ki, Tofiq Sadıqov bu dəfə də şakərindən ən çəkməyərək Zaqatala Müəllimlər İnistitutundan saxta yolla diplom əldə etmiş Abbasov Elvin Sevindik oğlunu 3 min manat rüşvət qarşılığında Beyləqan rayon 6 saylı orta məktəbə tarix müəllimi vəzifəsinə işə götürüb. Amma Elvin Abbasovun pulunun çoxluğunu sezən Beyləqanun təhsil cəlladı bununla kifayətlənməyib və Azərbaycanda üstü açılan ən qeyri-qadi cinayətlərdən birinə də vəsilə olub. Onun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2014-cü ildə imzalamış "2013/2014-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim”müsabiqəsinin qaliblərini müəyyən edən sərəncamda məhz Abbasov Elvin Sevindik oğlunun adı da əksini tapıb. Xatırladaq ki, Prezidentin bu sərəncamı ilə mükafatlandırılan müəllimlər həm də, 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı da əldə ediblər. Əldə etdiyi məlumata əsasən Elvin Abbasovun adına ayrılan 5000 (beş min) manat mükafatı da Tofiq Sadıqov həzmi-rabeyədən keçirib.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı o da məlum olub ki, bu məsələnin üstü açıldıqdan sonra Elvin Abbasovun 12 Fevral 2015-ci il tarixində öz əizəsi ilə işdən çıxarılıb. Eyni zamanda onu da bildirək ki, saxta diplomun alınması, bu diplomla işə götürülmə və həmin şəxsə "ilin müəllimi” adının verilməsi prosesinəd üst-üstə 22 min manat istifadə olunub. Tofiq Sadıqovun reallaşdırdığı 22 min manatlıq bu əməliyyatdan sonra Elvin Abbasovun öz ərizəsi ilə işdən çıxması bir çox mətləblərdən xəbər verir. Hər halda ortada ölkə rəhbərinin aldadılması faktı var. Bu istiqamətdə araşdırmalar isə yeni və ilginc faktlar üzə çıxarır. Belə ki, Beyləqan rayonundakı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə rayon təhsil şöbəsinin rəhbəri Tofiq Sadıqov bu məsələnin ictimailəşməməsi və qapadılması üçün hədsiz çabalar göstərib. Amma bu çabalar uğursuz olub və necə deyərlər ox yaydan çıxıb. Ən maraqlısı isə Tofiq müəllimin özünün fakta münasibətidir. Təhsil şefinin bu günlərdə faktla bağlı fikirləri də cumhuriyyet.az-a məlum olub. Belə ki, saxta diplomlu şəxsi müəllim kimi işə götürən təhsil şöbəsinin müdiri özünü sudan quru çıxarır: "Onun diplimunun saxta olmasını bilmirdim. Mən ekspert deyiləm ki... Bunu biləndə onu işdən azad etmişəm". Əlbəttə T.Sadıqovun bu sözlərinin həqiqət yükü yoxdur. E.Abbasovun Zaqatala Müəllimlər İnistitutundan aldığı diplomun saxta olması ilk gündən təhsil şöbəsinin müdirinə bəlli olub. Amma təklif olunan məbləğ bu faktı arxa plana keçirib. Bütün bunlardan sonra E.Abbasova "ilin müəllimi" adının verilməsinə gəlincə isə T.Sadıqov buna da bəhanə tapıb. "Su boğaza çıxanda" atılan addım prinsipi ilə hərəkət edən təhsil şöbəsinin rəhbəri günahkarı "yuxarılar"da axtarmağı məsləhət görüb. Mənbənin Anaxeber.az-a bildirdiyinə görə T.Sadıqov deyib: "Mən kiməm ki, prezidentə təqdimat verim? Elvinin işi təhsil nazirliyində həll olunub. Bu işlə kimlər məşğul olub bəlidir. Prezidentin Elvinə "ilin müəllimi" adının verilməsi haqda sərəncamı da ona bağlıdır." Mənbəmiz onu da bildirdi ki, Tofiq Sadıqovun yüksək vəzifəli himayədarı varr: "Hər kəsə bəllidir ki, T.Sadıqovun özünün də diplomu ilə bağlı şübhələr var və təhsil şöbəsinin müdirinin bu ittihamları təkzib edəcək yetərli faktları yoxdur. T.Sadıqov da dəfələrlə bunu etiraf edib, hətta ona bəxşişlərini də sadalayıb." Belə olan halda T.sadıqovun öz himayədarını hədəfə gətirməsi sözügedən olayın kifayət qədər ciddi olduğunu və bu işin dalğasının vəzifəsindən asılı olmayaraq istənilən məmuru yerindən qoparacağını düşünməyə əsas verir. Hər halda prokurorluğun məsələ ilə bağlı araşdırmasının olacağı mütləqdir. Çünki ortada həm də prezidentin nüfuz məsələsi var...

Mövzu ilə bağlı daha geniş yazını və saxta diplomun surətini yaxın günlərdə yayımlayacağıq. Eyni zamanda E.Abbasovun seriya nömrəsi 084264 və qeydiyyat nömrəsi 03425 olan diplomu ilə bağlı araşdırmalarımız davam edir.

Yazıda adları çəkilən şəxsləri dinləməyə hazırıq…

Anaxeber.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.