Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Ağdam rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib


Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Ağdam rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib

Font ölçüsü

bayram.jpg

8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Ağdam rayonunda bayram tədbiri keçirilib.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların, şəhid ailələrinin iştirak edib. Bayram tədbirini Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi. Raqub Məmmədov 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi. Bildirdi ki, 104 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur. Rayon İcra Hakimiyyətinin Başçısı öz çıxışında bildirmişdir ki, Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə «…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm» demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.
Rayon İcra Hakimiyyətinin Başçısı bildirmişdir ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı vəkili, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Atalar gözəl deyib. «Kişi evin dirəyidirsə, qadın evin çırağıdır». Məhəmməd Peyğəmbər Cənnətin anaların ayağının altında olduğunu demişdir. Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr etmiyə bilmərik.
Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır ki, buda ölkəmizdə qadınların problemlərinin aradan qaldırılmasının, onların təşkilatlanmasına verilən dəyərin bariz sübutudur.
Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur.
Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Rayon icra hakimiyyəti başçılarının müavinlərindən, biri, bir sıra məhkəmələrin sədrləri və hakimləri qadınlardır.
İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımızın öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçildiklərini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, onların fəaliyyəti rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.
Tədbir konsert proqramı ilə davam etdirildi.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.