Goyçay rayonu Mübariz Ağayevin güdazına gedir?


Goyçay rayonu Mübariz Ağayevin güdazına gedir?

Font ölçüsü

mub.jpg

“Vəziyyət heç də ürəkaçan deyil. Qiymət artımı Göyçan sakinlərini hiddətləndirib”.

Dosye.org-a məlumat verən mənbə rayonun daha da acınacaqlı günlərin gözləyəcəyini bildirdi. Onun dediyinə inansaq yeni təyin olunan icra başçısı rayon sakinlərini həbslə hədələyir. Bir daha xatırladaq ki, Qubadan Göyçay rayonuna “transfer” olunan Mübariz Ağayev komandasından bir neçə üzvünüdə özü ilə bərabər Göyçaya gətirdi.

Quba rayonun eks-icra başçısı rayonu talamaqla yanaşı bir çox sürpirizlərə imza atdı. Məlumat üçün bildirək ki, Mübariz Ağayevin oğlunun adı “Atlant” istirahət mərkəzində yaşanan silahlı insident də hallandı. Hansı səbəblərdən başçının oğlu məsüliyyətdən yayındı. Mətləbə keçməzdən öncə bildirək ki, istirahət mərkəzində yaşanan qalmaqalın səbəkarlarından bir məhz Mübariz Ağayevin oğlu bildirilirdi.

Məsələ ilə bağlı saytların birinə münasibət bildirər Mübariz Ağayev iddia etmişdir ki, oğlu hal-hazırda ölkə xaricindədir. Lakin Quba rayon icra hakimiyyətinin mətbuat xidməti Arif adlı nümayindəsi isə müsahibə verərək bildirmişdir ki, Mübariz Ağayevin oğlu Xaçmazdadır. Hər iki açıqlamanın ziddiyətli olduğu gün kimi aydındır. Bir sözlə qalmaqallı məsələ qapandı. Və başçının oğlu məsüliyyətdən yayına bildi.

Keçək mətləbə !

Yuxarıda qeyd etdiyimiz Göyçay rayonu Mübariz Ağayevə həvalə edildi. Etiraf edək ki, Göyçay sakinləri yeni təyin olunan icra başçısına etirazlarını bildirdilər. Amma həbslər rayon sakinlərini geri çəkilməyə məcbur etdi. Gələcək günlər Göyçay sakinləri üçün heç də uğurlu hesab etmək olmaz. Hətda bu söz-söhbət məmurlar arasında da gündəmə gətirilib. Mənbənin verdiyi məlumatlara görə Göyçay RİH başçısı Mübariz Ağayev rayonun bütün idarə, müəssisə və təşkilat rəhbərlərinə ismariclərinidə göndərməyi unutmayıb. Məsələ ilə bağlı araşdırmalarımız davam edir..

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.