Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi


Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi

Font ölçüsü

bile.JPG

13 mart 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

Şura iclasında 2 məsələ müzakirə olundu.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən aparılan yoxlama əsasında verilmış Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 9 sentyabr 2014-cü il tarixli 205 nömrəli Sərəncamından irəli gələn məsələlərin icra vəziyyəti haqqında.

Biləsuvar rayon ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin vəziyyəti barədə.

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, şura üzvləri, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və məktəb iştirak etdi.

Birinci məsələ barədə rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri E.Astanov məruzə edərək bu sahədə görülən işlərdən danışdı və bildirdi ki, 2014-cü ilin iyun ayının 1-dən rayon İcra Hakimiyyətində elektron kargüzarlıq sistemi yaradılmış və 2015-ci ilin yanvar ayının birindən bu sistem yenidən işlənilmiş və əvvəlkinə nisbətən daha da təkmilləşdirilmiş formaya keçirilməklə vətəndaşların istər yazılı, istərsə də şifahi müraciətlərinin icrasına tərəfimizdən nəzarət olunur. Xidməti sənədlərin qeydiyyatı həm qeydiyyat jurnallarında həmdə proqram vasitəsilə aparılır. Qeyd olundu ki, aparılan monitorinq zamanı bəzi təşkilatlarda və ərazi icra nümayəndəliklərində vətəndaşların müraciəti və kargüzarlığın aparılmasında qarşıya çıxan problemlərin həlli ilə bağlı onlara əməli köməkliklər göstərilmişdir.

İkinci məsələ barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərovanın məruzəsi dinlənildi.Bildirildi ki, rayonun ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin vəziyyəti araşdırılarkən görülmüş işlərlə yanaşı bəzi təhsil ocaqlarında müəyyən problemlərin də olduğu müəyyənləşmişdir.Bu problemlərin aradan qaldırılması üçün təhsil müəssisələrinin fəaliyyətinə nəzarət gücləndirilmiş, onlara əməli köməkliklər göstərilərək məktəblərin iş fəaliyyəti nəzarətə götürülmüşdür.

Çıxış edən şura üzvləri və digər iştirakçılar hər iki məsələnin aktuallığını qeyd edərək rayonda bu sahədə görülən işləri qiymətləndirdilər.

Şura iclasında çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılmalı və hər bir vətəndaşın müraciətinə fərdi yanaşılaraq həlli təmin edilməlidir.İdarələrdə aparılan kargüzarlıq işləri və digər sənədləşmələr bu sahədə qəbul olunmuş normativ hüquqi aktlara tam uyğun olaraq təşkil edilməlidir. Digər məsələyə münasibət bildirən Mahir Quliyev bildirdi ki, ümumtəhsil məktəblərinin monitorinqi zamanı aşkara çıxarılan nöqsanlar rayon Təhsil şöbəsinin pedaqoji şurasında müzakirə olunaraq müvafiq köməkliklər göstərilməlidir.M.Quliyev hər iki yoxlamanın aşkara çıxardığı nöqsanların qısa vaxt ərzində aradan qaldırılması üçün tapşırıqlarını verdi.

Şura iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.