Zakir Həsənov Mixaylonun məzarını ziyarət edib


Zakir Həsənov Mixaylonun məzarını ziyarət edib

Font ölçüsü

mixa.jpg

Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib.

Nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə önünə əklil qoyduqdan sonra, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.

Sonra müdafiə naziri Azərbaycan-Sloveniya Dostluq cəmiyyətinin, Sloveniya ictimaiyyətinin nümayəndələri, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları və yerli sakinlər ilə görüşüb.

mixa1.jpg

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.