Zaur Qəhrəmanova bazar icarə verən milyarderə cinayət işi qaldırıldı


Zaur Qəhrəmanova bazar icarə verən milyarderə cinayət işi qaldırıldı

Font ölçüsü

tat.jpg

Tatarıstanın istintaq orqanları Kazanda martın 11-də yanan və azı 17 nəfərin ölümünə səbəb olan “Admiral” ticarət mərkəzinin mülkiyyətçisi, dollar milyarderi Aleksey Seminə qarşı cinayət işi qaldırıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istnadən xəbər verir ki, onun tabeçiliyində olan, “AS Menecment” şirkətinin baş direktoru Robert Xayrullin də cinayət ittihamı ilə üzləşib.

R.Xayrullin artıq saxlanılıb. İstintaqın versiyasına əsasən 2004-cü ildə Xayrullin və Semin gəlir əldə etmək məqsəi ilə Kazanda 4 daşınmaz əmlak alıb. İstehsalat sahələrinin yerləşdiyi bu obyektlərin konstruksiyası dəyişdirilərək ticarət mərkəzinə çevrilib. Bu zaman biznesmenlər sənədləri saxtalaşdırıblar.

2008-ci ildə Xayrullin dörd zavod sexinin vahid ticarət mərkəzində birləşdirilməsinə dair sərəncam verib. Bu zaman binalarda aparılan rekonstruksiya işləri haqda məlumat təqdim etməyib.

2013-cü ildən obyekt ticarət mərkəzi kimi fəaliyyətə başlayıb. Bu zaman yanğın təhlükəsizliyi qaydaları kobud şəkildə pozulub. Ticarət mərkəzi Azərbaycan vətəndaşı Zaur Qəhrəmanova icarəyə verilib.

Artıq yanğına görə Z.Qəhrəmanov həbs edilib. O, obyektdə aşkar edilən pozuntuların vaxtında aradan qaldırılmadığını etiraf edib, ancaq bildirib ki, naməlum şəxslər obyekti yandırmaqla hədələyirdilər.

İstintaq obyektin qəsdən yandırıldığına dair versiyanı araşdırır.

Milyarder Semin ya Moskvada, ya da Fransanın Lacivərd sahillərindəki malikanəsində yaşayır. O, ittihamları rədd edib. Semin deyib ki, ticarət mərkəzinin mülkiyyətçisi deyil, ancaq bir neçə obyektin mülkiyyət hüququ ona məxsusdur. Üstəlik icarə müqaviləsinə əsasən yanğın təhlükəsizliyinə görə icarəyə götürən tərəf cavabdehdir.

Biznesmen hazırda Fransada olduğunu və Rusiyaya qayıtmayacağını da deyib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.