Fironluğ Ağdaşa da sıçradı- ŞOK İDDİA


Fironluğ Ağdaşa da sıçradı- ŞOK İDDİA

Font ölçüsü

aqdas.jpg

Ağdaş rayon icra haikimiyyəti başçısının dövlət vəsaitini talamasına niyə göz yumulur?

İcra hakimiyyəti başçılarının özbaşınalıqları ilə bağlı dosye.org-a daha bir məlumat daxil olub. Bu məlumat digərləri ilə ümumən eynilik təşkil etsə də, müəyyən özəllikləri ilə də diqqəti cəlb edir.

Söhbət Ağdaş rayon icra haikimiyyətinin başçısı Tofiq İbrahimovin özüzəməxsüs fəaliyyətindən gedir. Mənbənin verdiyi məlumata görə Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov müxtəlif adlarla büdcədən ayrılan vəsaiti yeyib süpürür.  Ağdaş camaatı Tofiq İbrahimovun rayon əhlinə məxsus torpaqları müxtəlif ad və vasitələrlə onların əlindən alaraq, satışa çıxardığını iddia edir. Bundan başqa icra başçısının sahibkarlardan aylıq xərac topladığı da deyilir.

Etiraz edib, onun əksinə çıxanları isə “səni içəri soxduraram, ağlın başına gələr” deyə hədələdiyi bildirilir. Eyni zamanda, Tofiq İbrahimov heç kəsdən çəkinmədən hamıya açıq şəkildə “Mənə bu qədər pul lazımdır, işlərim getmir”- deyir. Biz redaksiyamıza daxil olmuş bu və digər məlumatları dəqiqləşdirmək istiqamətində hörmətli Tofiq İbrahimovu də dinləməklə qarşıdakı günlərdə mövzu ilə bağlı geniş yazmağa çalışacağıq.

Qarşı tərəfi dinləməy hazırıq. 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.