Sarkozinin partiyası seçkinin ilk turunda qalib gəldi


Sarkozinin partiyası seçkinin ilk turunda qalib gəldi

Font ölçüsü

sarkozi.jpg

Fransada Departamentlər Şurasına seçkilərin ilk turu keçirilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş prezident Nikolya Sarkozinin rəhbərlik etdiyi partiya bu turda qalib gəlib. İlk hesablamaya görəXalq Hərəkatı Uğrunda İttifaq Partiyası səslərin 29 faizini toplayıb. Seçki ərəfəsi sosioloji sorğunun nəticələrinə görə qələbəyə daha şanslı hesab olunan ultrasağçı Marin Le Penin rəhbərlik etdiyi “Xalq cəbhəsi” 25 faiz səs toplaya bilib. Prezident Fransua Ollandın rəhbərlik etdiyi hakim Sosialistlər Partiyası 21,1 faiz səs toplamaqla növbəti məğlubiyyətə uğrayıb. Martın 29-da ikinci tur keçiriləcək və sosialistlərin 61 departamentdə məğlubiyyətə uğrayacaqları şübhəsizdir. Fransada 101 departamanr var.

Seçkinin nəticələri elan olunan kimi Nikolya Sarkozi ikinci tur ərəfəsi ultrasağçılarla birləşməklə bağlı ehtimalı təkzib edib. Sarkozinin sözlərinə görə, “Xalq cəbhəsi” Fransanın problemlərini həll etmir, yalnız gərginləşdirir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.