Neftçala S.S.İ-də 2.5 milyon manat hara xərclənib?


Neftçala S.S.İ-də 2.5 milyon manat hara xərclənib?

Font ölçüsü

neft1.jpg

Dosye.org xəbər verir ki, son günlər Neftçala Suvarma istemləri İdarəsində baş verən maxinasiyalar və dövlət vəsaitinin talan edilməsi haqda iddialar səngimək bilmir.

Xatırlayırsınızsa ötən yazılarımızda “Neftçalada 2,5 milyon manatlıq su borusu yoxa çıxıb” başlıqlı məqalədə göstərdiyimiz faktlar bir daha öz əksini tapıb desək yanılmarıq. Belə ki, Neftçala rayonun çöl kəndlərinin əkin sahələrini suvarmaq məqsədi ilə 2010-cü ildə çəkilmiş su borularına 2.5 milyon manat pul xərclənsədə bu günə kimi həmən borudan bir qram su belə götürən olmayıb.

Bu barədə Qaramanlı kənd sakinləri ölkə mətbuatına məlumat versələrdə Elşin müəllimin “səyi” nəticəsində mətbuat məsələni işiqlandırmaqdan vaz keçdi. Lakin rayondan mənbəmizin verdiyi məlumatlara görə, 2012-ci ildə inşası başa çatan su kəməri Neftçala Suvarma Sistemləri İdarəsinə təhvil verildi. Və bundan sonar su kəməri düşmən malı kimi yararsız hala salındı.

Hətda daşdan hörülmüş alt sütünlar dağıdıldı, boruların birləşən yerlərindən su sızmağa başladı. İdarə rəsisinin rəhbər olduğu qurum bilə-bilə dövlət əmlakını yararsız hala salıb. Bunu hansı məqsədlərlə edildiyi gün kimi aydındır. Araşdırmalarımız onu deməyə əsas verir ki, Neftçala S.S.İ rəisi Elşin Əsədov vəzifəsindən sui istifadə edərək dövlət vəsaitini bacardığı formada talayır. 2.5 milyon manatın aqibəti bütün suallara cavab kimi göstərilir. Digər bir məlumatda isə vurğulanır ki, rayonda idarə rəisinə dəstəy göstərən icra başçısıdır. Bu barədə araşdırmalar davam edir.

Etiraf edək ki, kənd təsərüffatının inkişafı birbaşa Melorasiya və Su Təsərüffatının fəaliyyəti ilə ölçülür. Təəsüflər olsun ki, Neftçla S.S.i-nin rəisi Elçin Əsdovu belə bir faktor maraqlandırmır. İdarənin daxilindən sızan məlumatlara inansaq Elçin müəllim Melorasiya və Su Təsərüffatı ASC-nin sədri Əhməd Əhmədzadəyə arxalanıb. Görünür, idarə rəisi öz növbəsində gəlirin 20%-ni yuxarıya ötürülməsini unutmur. 

Təbii ki, Əhməd Əhmədzadə belə bir “kadırı” müdafiə etmək üçün hər bir vasitələrdən istifadə edir. Unutmaq lazım deyil ki, qanun qarşısında cavab vermək Elçin Əsədov üçün böyük risk olacaq. Ulu Öndər Heydər Əliyev demişdir: Dövlət iki şeydən sarsıla bilər; günahkar cəzasız qalanda və günahsız cəza alanda.

Növbəti yazılarımızda biləcəksiniz:

1) Neftçala Suvarma Sistemləri İdarəsində yeyilən milyonlara kim havadarlıq edir?

2) İdarə rəisinin bu cür qanunsuzluqlarına Əhməd Əhmədzadə niyə göz yumur?

3) İdarənin balansında olan bütün texnika icarəyə verilib. Və gələn gəlir birbaşa kimə ünvanlanır?

4) Dövlət tərəfindən idarəyə verilən yanacaq hansı qiymətlə satışa çıxarılır?

 

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.