Əsəd vəhabi krala qarşı çıxdı


Əsəd vəhabi krala qarşı çıxdı

Font ölçüsü

esed.jpg

Suriya vəhabilərin hakimiyyətdə olduğu Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin Yəməndə hərbi əməliyyata başlamasına etiraz edib.

ANS PRESS-in məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi ərəb ölkələrinin Yəməndə hüsilərə qarşı başladığı əməliyyatdan dərin narahatçlıq keçirdiyini bəyan edib.

Suriya rəsmi agentliyi "Sana"-nın yaydığı məlumatda deyilir ki, Dəməşq Yəmənin suverenliyi və ərazi bütövlüyünün qorunmasını və buna hörmət edilməsini istəyir.

Qeyd edək ki, hüsilərin başladığı üsyan Yəmən prezidentinin ölkədən qaçması ilə nəticələnəndən sonra ərəb ölkələri onlara qarşı hərbi əməliyyatlara başlayıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.