Ağdaşda icra başçı üçün orta məktəblərdən pul yığılır


Ağdaşda icra başçı üçün orta məktəblərdən pul yığılır

Font ölçüsü

aqdas1.jpg

Dosye.org xəbər verir ki, Ağdaş rayonu məmur fironluğundan əziyyət çəkir. İlk önçə nəzərinizə çatdıraq ki, ötən yazılarımızda Ağdaş rayonunda baş verən xoşagəlməz olaylarla bağlı oxuculara geniş məlumat vermişdik. Xatırlayırsınızsa “Ağdaş səhiyyəsində dəhşətli olay” başlıqlı məqalə rayon sakinləri tərəfindən yüksək qəbul edildi.

Bir qurup rayon sakini elektron ünvanımıza məktub göndərərək təşəkkürlərini bildirdilər. Lakin onları narahat edən digər məsələlər barədə bizə olduqca ilginc məlumatlar daxil olur. Rayon sakinlərinin dediyinə görə, istər səhiyyə, istərsədə təhsil  olduqca acınacaqlı durumdadır. Millətin gələcəyi olan təhsilimiz Ağdaş rayonunda gəlir mənbəyi kimi idarə edilir. Bu da birbaşa Ağdaş RİH başçısı Tofiq İbrahimovun göstərişi ilə həyata keçirilir.

Bir faktı nəzərinizə çatdıraq ki, orta məktəb direktorlarını  məktəbdə şagirdlərin davamiyyəti və təlim-tərbiyənin hansı səviyyədə olduğu maraqlandırmır. Bir sözlə icra başçının göstərişi mütləq həyata keçməlidir. Belə ki, orta məktəblərə verilən məktəbli formaları müəllimlərə satılır. Müəllimlər “yuxarının” göstərişlərinə etiraz edəcəyi  təqdirdə, böyük maneələrlə qarşılaşır. Direktor Ədilxan Ədilov müəllimlərə iclas zamanı bildirib ki, məktəbli formaların pulunu müəllimlər ödəməlidir.  Deməli, Ədilxan müəllim sırf ticarətçi funksiyasını  həyata keçirir.

Məsələnin ciddiliyini nəzərə alaraq Ədilxan müəllimin əldə etdiyi gəliri araşdırmağa çalışdıq. Məktəli formasını 37 manata satdıran direktor ümümilikdə nə qədər qazanc  əldə edir?

Beləliklə hər bir sinifdən 110 manat toplanmalıdır. Məktəbdə 10 sinif varsa direktor 1100 manat gəlir əldə edir. Narazı qalan müəllimlər etiraz etsələrdə icra başçısı tərəfindən hədələnir.  Müəllimləri narahat edən digər məsələlər var ki, onların həlli istiqamətində heç bir iş görülmür. Hətda nazirin qadağan etdiyi qəzet pulu, fond pulu, təmir pulu və digər adlar altında yığılan pullar icra başçısına ötürülür. Ədilxan Ədulov demişkən: " Bizde deyərlər hecnə ola bilməsəm küçə süpürəcəm, sizdə deyərlər hecnə ola bilməsəm müəllimnən-zaddan olacam, sizdə müəllim bu qədərmi hörmetsizdi?"

Bəli ,cənab Ə.Ədilov. Ağdaş RİH başçısı Tofiq İbrahimov sizi bu yola vadar edib. Müəllim adı şərəfli addır. Lakin müəllim adını icra başçının maraqlarına qurban vermək  özü bir dəhşətdir. Ağdaş sakinləri Tofiq İbrahimov haqqında real məlumatlar ötürür. Rayonda bütün gəlirli obiyektləri ələ keçirən icra başçısı  bu gündə təhsilimizi sağalmaz hala salmaq üzrədir. Necə deyərlər ” Sən saydığını say, gör fələk nə sayır”.

Növbəti yazılarımızda Ağdaş RİH başçısı Tofiq İbrahimovun mövqeyini dərc edəcəyik. Araşdırmalar davam edir.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.