Fuad Qəhramanlı: İcra hakimiyyətləri mətbuata basqı siyasətindən əl çəkməlidir


Fuad Qəhramanlı: İcra hakimiyyətləri mətbuata basqı siyasətindən əl çəkməlidir

Font ölçüsü

fuad.jpg

Bu günki müsahibimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlıdır.

- Fuad bəy, bu gün tənqidi yazan media qurumlarına qarşı təzyiqlər olur. Bəzi məmurlar var ki, tənqidi yazıları həzm edə bilmirlər. Sizcə, bu həmin məmurların tənqidə dözümsüzlüyündən irəli gəlirmi?

- Ümumiyyətlə bu məsələ məmurlara aid olan məsələ deyil. Azərbaycanda media azadlığına qarşı çox ciddi basqı var bu hakim rejimin təbiətindən və xarakterindən qaynaqlanır. Hakimiyyət ölkədə demokratik, azad mətbuatın fəaliyyət göstərməsinə əngəllər yaradır. Səbəb də çox aydındır. Reallıqların ifadə olunması, tənqidi fikirlərin sürətlənməsi və hakimiyyətin cəmiyyəti, insanları aldatmaq siyasətinə mane olur. Hakimiyyətin gerçək mahiyyətini ifşa edir. Hakimiyyət gerçək mahiyyətinin ifşa olunmasından narahat olduğuna görə, bütün avtoritar rejimlərdə olduğu kimi Azərbaycanda da mətbuata qarşı çox ciddi represiya həyata keçirilir. Bu sadəcə olaraq təzyiq deyil, həm də represiya xarakterli basqıdır. Ona görə də bu prosesdə təbii ki, hər bir məmurda məsələlərdə bu və ya digər formada aidiyyatı olan şəxslərdə öz funksiyasını yerinə yetirir. Məmurlar burda sadəcə olaraq rejimə istədikləri kimi fəaliyyət göstərir.

- Jurnalistlərə və onların ailələrinə hədələrin, təhdidlərin olmasını necə qiymətləndirirsiniz?

- Təbii ki, bu da represiya və təqib siyasətinin tərkib hissəsidir. Hakimiyyət insanlara və media işçilərinə qorxu yaratmağa, onları peşə fəaliyyətindən çəkindirməyə çalışır. Hazırki hakimiyyət insanlarda qorxu yaratmaqla və onlara qarşı təzyiq göstərməklə medianı hakimiyyətin yarıtmaz fəaliyyətini ifşa etməkdən çəkindirirlər. Bundan başqa cəmiyyətdə xof yaratmağa çalışırlar ki, hər hansı bir tənqidi fikir və obyektiv münasibətə görə, insanlar cəzanlandırılır. Ona görə də bunlar ümumi demokratik inistutlara qarşı aparılan zorakı siyasətin elementləridir.

Mən artıq deyə bilərəm ki, təzyiq siyasəti rejimin təbiətindən qaynaqlanır və bu addım bütün tənqid yazan media qurumlarına qarşı atılır. Əlbətki bu proseslərdə əyalət məmurları və icra hakimiyyətləri öz rollarını oynayırlar və təzyiq elementi kimi çıxış edə bilirlər. Xalqxeber.Az-a qarşı bu basqı siyasəti və icra hakimiyyəti səviyyəsində olan təzyiq, belə desək təkcə icra hakmiyyətinin öz təbiəti deyil. İcra hakimiyyətinin bütün tənqid yazan jurnalistlərə həyata keçirdiyi basqı siyasətinin bir elementidir və bu addım hakimiyyətin mahiyyətindən qaynaqlanır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.