Azərbaycan Dövlət İqtisad Universitetində vətəndaş aldadıldı


Azərbaycan Dövlət İqtisad Universitetində vətəndaş aldadıldı

Font ölçüsü

iqtisad.jpg

Azərbaycan Dövlət İqtisad Universitetində korrupsiya faktına yol verilib. Bu barədə dosye.org-a universitetin keşmiş məzunu İsayeva Şəhla məlumat verib.

Onun dediyinə görə universitetin müəllimi (adı araşdırmalardan sonra açıqlanacaq) vəzifə səlahiyyətindən sui istifadə edərək universitetdə işlə təmin etmək adı ilə 4000 manat rüşvət alıb. Şəhla xanım iddia edir ki, müəllim pulu 2014-cü il aprel ayında alıb. Telefon danışığı zamanı və sms yazılarında qalmaqallı müəllim Şəhla İsayevə bildirib ki, aldığı pulu birbaşa rektorun özünə verib.

Dosye.org olaraq bildiririk ki, Azərbaycan Dövlət İqtisad Universitetində baş verən qalmaqallı hadisə tam araşdırıldığdan sonra Baş Prokurorluğ yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriləcək. Və inanırıq ki, vətəndaş Şəhla İsayevanın şikayəti hüquq mühafizə orqanları tərəfindən araşdırılaraq hüquqi qiymət veriləcək. Və eyni zamanda məsələ ilə bağlı Təhsil Naziri Mikayıl Cabbarovun mövqeyini dinləməyə çalışacayıq.

Araşdırmalar davam edir. Bizi izləyin..

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.