İcra başçısı şantaja keçib


İcra başçısı şantaja keçib

Font ölçüsü

gede.jpg

Ramiz Yediyarov ondan şikayət edənləri həbs etdirməyə çalışır

Hörmətli oxucular! İş o yerə gəlib çatıb ki, Ramiz Yediyarov öz qeyri-qanuni gördüyü işləri düzəltmək, əhaliyə verdiyi zülmdən əl çəkmək əvəzinə, indi də başlayıb müxtəlif yollarla öz haqlı hüquqlarını müdafiə edən, qanunlara hörmətlə yanaşan dağıdılmış ticarət obyektlərinin, istirahət mərkəzlərinin haqqını tələb edən sahibkarlarına qarşı təxribat kampaniyasına. Hər gün mətbuatda və informasiya portallarında Ramiz Yediyarovun və tabeçiliyində olan işçilərin qanunsuz torpaq satmaları, yeyinti və korrupsiya faktları və digər hallar barədə davamlı yazılar dərc olunsa da, nədənsə hələ də Ramiz Yediyarov Gədəbəydə at oynatmaqda davam edir. Və Ramiz Yediyarovun qanunsuz əməlləri artdıqca rayon əhalisinin vəziyyəti günü-gündən pisləşməkdədir. Demək olar ki, rayonun bütün idarəetmə sistemində bir xaos yaşanır. Bu halın əsas səbəbkarı təbii ki, icra başçısıdır. Həm əhali ilə, həm də məmurlarla necə rəftar etməyi bacarmayan R.Yediyarov əli hər şeydən üzüləndə keçir santaja.Təyin edildiyi 3 il müddətində öz haqlarını tələb edən bir neçə adamı şərlədərək qeyri-qanuni həbs etdirmişdir. Ona görə həbs etdirmişdir ki, gördüyü qanunsuz işləri ört-basdır etsin. Soruşarsınız ki, necə? Haqqını tələb edən adamları həbs etdirən Ramiz Yediyarov elə fikirləşir ki, bu adamları susdurur. O elə hesab edir ki, onların həbs olunmağını görüb heç kim onun haqqımda, gördüyü pis əməllər barədə bir kəlmə də yazmayacaq. Bu Ramiz Yediyarovun öz fikridir. Belə məmurlar fikrləşmirlər ki, xalqdan uzaq düşüb ona zülm etməklə, son manatını da əlindən almaqla heç kimi susdura bilməzlər. Redaksiyamıza daxil olan məlumatlara görə obyektlərini, ticarət və istirahət mərkəzlərini qeyri-qanuni uçurtdurmuş Ramiz Yediyarovdan şikayət edən vətəndaşlara qarşı icra başçısı daha qərəzli addımlar atmaq fikrindədir. Deyilənlərə görə R.Yediyarov ondan şikayət edən, öz haqlarını tələb edən sahibkarlara qarşı yerli polis şöbəsinin əli ilə növbəti əməliyyatlar hazırlatmaq istəyir. Belə fikir var ki, həmin sahibkarları susdurmaq üçün onların ya özlərini, ya da yaxın qohumlarını hansısa bir bəhanə ilə həbs etdirsin və bundan da yararlansın, öz gördüyü qeyri-qanuni işlərə haqq qazandırsın. Biz aidiyyatı qurumlardan xahiş edirik ki, belə bir halın olmasını araşdırsınlar, əgər belə bir hal həqiqətən varsa, onun qarşısını almaq üçün sahibkarlara kömək olsunlar. Üzümüzü R.Yediyarova tutub deyirik: “Hörmətli” Ramiz Yediyarov insanları həbs etdirməklə, şantaj etdirməklə, böhtan atmaqla heç nə əldə edə bilməyəcəksiniz. Ən yaxşı hal odur ki, nəfsinizə təf deyib əhalinin problemləri ilə maraqlanasınız. Bizdə olan məlumata görə sizin bir ayda təkcə Gədəbəy şəhər İƏV-dən rüşvət nəticəsində götürdüyünüz pulun dəyəri 100 minləri keçir. Bu sizə azlıqlımı edir? Bir bağçaya cəmi 8-10 kub odun verib əvəzində isə bir bağçadan 7-8 min pul mənimsəyirsiniz. Bu azmış kimi əhali arasında gəzən söz-söhbətlərə görə qarşıdan gələn bələdiyyə seçkilərini də indidən saxtalaşdırmısınız. Gədəbəy rayonu ərazisində 43 bələdiyyə var. Hər bələdiyyə sədri seçilmək istəyəndən 10 min almısınızsa bəs deyilmi? Bəs bu əhalidən nə istəyirsiniz? Nəzərinizə çatdırıram ki, siz icra başçısı təyin ediləndən az sonra Gədəbəy şəhərində yerləşən mərkəzi bazar bir göz qırpımında yanıb külə döndü. Bu günə qədər də min bir əziyyətlə pul qazanmış bazardakı ticarətçilər bazarın nə səbəbə yandığı haqqında soruşurlar. Bir rayon rəhbəri kimi siz deyə bilərsinizmi, bu müəmmalı yanğının səbəbi nə idi? Niyə bu günə qədər bazarın yanmağı ilə açılmış cinayət işi açıq qalıb? Yəqin ki, siz daha yaxşı bilirsiniz. Deyilənlərə görə siz 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyəndə bu bazar sizin maddı təminatınızı ödəyən ən iri obyektlərdən biri olub. İndi fikirləşirsiniz ki, siz çoxdan can atırmışsınız ki, bu rayona rəhbər vəzifəyə gələsiniz. Çünki Ərazi Vergilər İdarəsinin rəisi işlədiyiniz müddətdə Gədəbəy rayon Mərkəzi Xəstəxanasında 15 min manata qədər rüşvət almısınız. Deyə bilərsinizmi, talayıb darmadağın etdiyiniz bu yazıq rayonun camaatına zülm etməkdə məqsədiniz nədir?! Nəyə görə bu rayona siz belə düşmən baxışları ilə baxırsınız. Siz elə abu-hava yaratmısınız ki, əslən gədəbəyli olan müavinləriniz sizin xoşunuza gəlsin deyə bu əhali ilə düşmən kimi davranmağa başlayıblar.Elə götürək Qüdrət Paşayevdən. Onun yanına şikayətə gəlmiş həmyerlilərinin şikayətinə baxmaqdansa onları təhqir edir geri qaytarır. Məsələn götürək Rüstəm Nağıyevi. O Nağıyevi ki, pay torpaqlarının üzərində fərdi yaşayış evlərinin tikilməsinə razılıq verir. “Hörmətli” Ramiz Yediyarov sizdən soruşmaq istəyirik hansı əsasla Rüstəm Nağıyev bu özbaşına hərəkətlərini davam etdirir. Demək siz yerində olmadığınıza görə. Və yaxud qeyri-qanuni əməllərini yerinə yetirib əvəzində aldığı rüşvəti sizə gətirdiyinə görə siz onlara bənd olmursunuz. Əslində sizə də elə Qüdrət kimi, Rüstəm kimi pulgir və rüşvətxor məmurlar gərəkdir. Axı siz vergi işçisiniz. Sizə pul yığıb gətirən adam ən yaxın dostunuz olmalıdır. Sizin qeyri-qanuni əməlləriniz o qədərdi ki, onları araşdırıb gündəlik yazsaq bir dedektiv əsər əmələ gələr. Siz də bu əsərin mənfi baş qəhrəmanı olarsınız. İndi də keçmisiniz şantaj yoluna. Nə qədər ki, qeyri-qanuni işləriniz var, heç kimi susdura bilməyəcəksiniz. Bu gün vəzifənizdən qorxub sizə baş üstə deyib hansısa sahibkarı həbs edən polislər, tutduğunuz əməllərə görə fikirləşmirsiniz ki, sizi də həbs edər.Yəqin ki, haqq nazilər üzülməz deyib atalar. Ədalətin zəfər çalaçağı mütləqdir. Amma yalanın uzun müddət ayaq tutub yeriməsi absurddur. İnanın ki, sizin gədəbəylilərə etdiyiniz bütün pisliklərin əvəzini alacaqsınız. Unutmayın ki, şərin xeyir üzərində qələbəsi çox çəkməz. Qərəzli mövqeyinizdən, məkirinizdən, yalanlarınızdan əl götürün.

Bizim Dövür

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.