Nalbəndyanın yalanı ifşa edildi


Nalbəndyanın yalanı ifşa edildi

Font ölçüsü

xari.jpg

Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi həmsədrlərin mandatına dair 1995-ci il Budapeşt sənədində qeyd olunduğu kimi beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.

Bunu "Trend"-ə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Eduard Nalbəndyanın Moskvada keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərini şərh edərkən bildirib.

H.Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində isə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb olunur: "Əgər Ermənistan xarici işlər naziri iddia edirsə ki, Ermənistanın münaqişənin həllinə dair mövqeyi beynəlxalq ictimaiyyət və ATƏT Minsk Qrupunun həmsədrlərinin mövqelərinə uyğundur, onda Ermənistan öz işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və Böyük Sülh Sazişi üzərində işə başlamalıdır.

Sual olunur ki, bəs onda Ermənistan Böyük Sülh Sazişi üzərində işə başlamaqdan niyə imtina edir və bununla əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ən yüksək səviyyədə olan çağırışlarını rədd edir?".

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri bu bəyanat ilə əslində ölkəsinin rəhbərliyinin danışıqlar prosesində yalan və möhtəkirlik əsasında yürütdüyü siyasətini bir daha ifşa edir: "Ona görə də məqsədyönlü şəkildə danışıqlar prosesini pozan və Azərbaycana qarşı işğal və təcavüz nəticəsində yaranan mövcud status-kvonu saxlamağa çalışan Ermənistana münasibətdə sülhə məcburedici mexanizmlər, o cümlədən sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir".

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.